Kalmen (Calmen) tabletka nə üçündür?
Kalmen (Calmen) tabletka yuxu pozğunluğu zamanı, beyin qan dövranı pozğunluğunda, sinir oyanıqlığında, nevralgiyalarda istifadə olunan preparatdır.

Calmen tabletka haqqında məlumat
Kalmen tabletka qiyməti
Calmen qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Kalmen tabletka qiyməti 22 azn - 25 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Calmen tablet qiyməti -ni öyrənərək əldə edəsiniz.
TƏRKİBİ:
- Yemişan çiçəyi ( Grataegus ) 150 mq
- Oğulotu ekstraktı (Melissa officinalis) 150 mq
- Dazıotu (Hypericum perforatum) 100 mq
- Maqnezium sitrat ( Magnesium citrate) 200 mq
- Vitamin B6 ( pyridoxine hydrochloride) 5 mq
FARMAKOTERAPEVTİK QRUPU:
Maqnezium və vitamin B6 ilə kombinə edilmiş bitki tərkibli sedativ, spazmolitik və depressiya əleyhinə vasitə.
Farmatoloji xüsusiyyətləri:
Yemişan çiçəyi (Grataegus ekstraktı)- flavonoidlər, saponinlər, vitaminlər, üzvi turşular, şəkərlər, xolin, asetilxolin, fitoserinlərlə zəngindir. Bütün damarlara spazmolitik təsir göstərərək hipotenziv effektin əldə olunmasını təmin edir. Beləliklə, beyin və koronar qan dövranını yaxşılaşdıraraq beyin və ürək hüceyrələrinin metabolizmini gücləndirir. Ürək əzələsini tonuslandırır, taxikardiya və aritmiyanı aradan qaldırır. Beyin damarlarının genişlənməsi və mediator balansının bərpa edilməsi nəticəsində sedativ effekt əldə edilir. Bakteriosid və iltihab əleyhinə təsir göstərir. Həmçinin dezintoksikasyon və antikanserogen təsir effektinə malikdir.
Oğulotu ekstraktı (Melissa officinalis ) – tərkibi flavonoidlər, polifenollar, tanninlər, terpenlər, triterpen turşuları və s. ilə zəngindir. Oğulotu ekstraktı anksiolitik, antidepresant, spazmolitik, immunomodullaşdırıcı, virus əleyhinə, antibakterial və antiallergik təsirlərə malikdir. Bu xüsusiyyətlər oğulotunun tərkibindəki konkret komponentlərin məsələn: sitronellanın – güclu sedativ təsiri, geraniolun – spazmolitik təsiri, fenilpropanoidlərin – antibakterial, virus əleyhinə, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir. Ürək əzələsini möhkəmləndirir, qanla təchizatını artırır, hipotenziv təsir göstərir. Mədə-bağırsaq ağrıları və meteorizmi aradan qaldırır. Mərkəzi sinir sisteminə təsir edərək sedativ təsir göstərir. Zehni gücləndirir, həmçinin miqren ağrılarını aradan qaldırır. Oğulotu iştahaartırma, sidikqovucu və ürəkbulanma kimi halları hamilələrdə mükəmməl olaraq aradan göturməsi ilə tanınmışdır.
Dazıotu (Hypericum perforatum) – əsasən tərkibində efir yağları, flavonoidlər, hiperazid qlikozidi, piqmentlər və tannin saxlayır. Dazıotu 100-dən artıq xəstəliklərin müalicəsində istifadə olunur. Güclü antiseptik, iltihab əleyhinə, büzücü, qurd əleyhinə, sidikqovucu və sakitləşdirici effektə malikdir. Dazıotu bağırsaqlarda sorulmanı, qaraciyər metabolizmini, qan dövranını yaxşılaşdırır. Dazıotu güclü antidepressant təsirə malik olmaqla, depressiv vəziyyətlərin müalicəsində geniş istifadə edilir. Mədə-bağırsaq sistemi xəstəlikləri zamanı iltihabı aradan qaldırır, selikli qişanın bərpasına kömək edir. Ürəyin işini normallaşdırır və ürək əzələsini möhkəmləndirir.
Maqnezium sitrat– bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Hüceyrələrin həyati vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Fizioloji nöqteyi nəzərdən maqnezium hüceyrə daxili kation hesab edilir. Maqnezium ionları neyronların oyanıqlıqlarını aradan qaldıraraq, sinir-əzələ ötürücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək , bütün fermentativ reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur. Maqnezium sedativ təsir xüsusiyyətilə yanaşı, miqren ağrılarını da aradan qaldırır. Stress, hamiləlik, laktasiya, xəstəliklərindən sonrakı dövürdə maqneziuma olan ehtiyac daha da artır.
Vitamin B6 (piridoksin hidroxlorid) koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadiləsinin tənzimlənməsini həyata keçirir. Mədə-bağırsaqlardan maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını təmin edir.Vitamin B6 avitaminozu zamanı əzələ problemləri, həzm sistemi narahatlıqları, dəri problemləri, konsentrasiya pozğunluğu, zəif yaddaş, təngənəfəslik və əsəbilik kimi hallar baş verir.
GÖSTƏRİŞLƏRİ:
- Müxtəlif etiologiyalı depressiyalar.
- Yüksək sinir oyanıqlığı.
- Stress və həyəcan halları
- Əsəb gərginliyi.
- Yuxu pozğunluğu, yuxusuzluq.
- Simpatik aktivlik fonunda sıx ürək ritmi.
- Həyəcan və özünə güvənməmə halları.
- Xroniki yorğunluq, fiziki və psixi tükənmə (asteniya)
- Ağrı və əzələ spazmı, gastrointestinal spazm.
- Hamilə qadınlarda hipertonus.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ:
Nadir hallarda dəri reaksiyaları
İSTİFADƏ QAYDASI
Calmen yüksək sinir oyanıqlığı, stress, əsəbilik hallarında 1 həb gün ərzində 2-3 dəfə təyin edilir. Yuxu pozğunluğu zamanı isə 2 həb yatmazdan əvvəl təyin edilir. Preparatın qəbulu yeməkdən sonra bol maye ilə tövsiyyə edilir.
BURAXILIŞ FORMASI:
Calmen № 30. 10 tabletdən ibarət 3 blister və məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
İSTİFADƏ MÜDDƏTI:
Qutunun və blisterlərin üzərində göstərilir. İstifadə müddəti bitdikdən sonra qəbul olunmur.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
“WISE PHARMA” Böyük Britaniya.
ISTEHSALÇI:
SIA “Primea”, Latviya.
Kalmen tabletka nə üçündür?
- Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
- Sinir oyanıqlığında istifadə olunan dərmanlar
- Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
- Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
- Nevralgiyalarda istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






