Bürcünüz hansı xəstəliyə meyllidir?
Bürcünüz hansı xəstəliyə meyllidir? sağlamlıq problemlərini öncədən müəyyən etmək və ona qarşı tədbirlər görmək üçün maraqlı bir yol

Bürclər, insan xarakteri və sağlamlığı üzərində maraqlı təsirlərə malik olduğu iddia edilən astroloji simvollardır. Hər bürcün, bədənimizdə müxtəlif orqan və sistemlərlə əlaqəli olduğu və bu orqanlarla bağlı xəstəliklərə daha çox meylli ola biləcəyi düşünülür. Bürcünüzün hansı xəstəliklərə meylli olduğunu öyrənmək, bəlkə də, sağlamlıq problemlərini öncədən müəyyən etmək və ona qarşı tədbirlər görmək üçün maraqlı bir yol ola bilər. Aşağıda, hər bir bürcün sağlamlıqla bağlı potensial zəif nöqtələrini və bu xəstəliklərdən qorunma yollarını tapa bilərsiniz.
Qoç Bürcü
Qoç bürcünün bədənimizdə təmsil etdiyi orqan başdır. Buna görə də miqren, xroniki baş ağrıları və gözlə bağlı narahatlıqlardan əziyyət çəkə bilərlər. Hərəkətli və tələsik xarakterləri isə düşmə, vurulma, yaralanma kimi qəzaların yaranmasına səbəb ola bilər. İnfeksiya və hərarət də qoç bürcündə tez-tez görülür. Çox enerji ilə yanan bu bürc nümayəndələri, bir az sakit olmalıdırlar.
Buğa Bürcü
Bədəndə boğaz və boyun bölgəsini simvolizə edən buğa bürcündə badamcıq, zob, limfa düyünləri narahatlıqları və çiyin ağrıları müşahidə oluna bilər. Qoç bürcünün əksinə, hərəkətsiz və yeməyə düşkün olmaları səbəbilə çəki problemləri yaşaya bilərlər. Resept yazırıq: İdman edin.
Əkizlər Bürcü
Əkizlər bürcü sinir sistemini idarə edir. Buna görə də bu bürc nümayəndələri sinir xəstəliklərinə meylli və tez narahat olan insanlardır. Onların ən çox ehtiyacı olan şey sükunətdir, amma o beyin bir dayanmayanda necə olacaq bu sakitlik? Əllər, barmaqlar, qollar və çiyin bölgəsi də həssasdır, diqqətli olmaq lazımdır. Həmçinin soyuqdəymə və bronxit kimi xəstəliklərə də asanlıqla tutula bilərlər.
Xərçəng Bürcü
Reflü, həzmsizlik, bağırsaq tənbəlliyi və böyrək problemləri ilə mübarizə aparmalı ola bilərlər. Orta yaşdan sonra çəki artımına meylli olurlar, artıq bütün evdə oturub qalanlar adətən orta yaşdan sonra bir az kökəlir və xərçəng bürcü evdə oturmağı ilə məşhurdur. Həmçinin çox həssas olduqları üçün depressiyaya düşmə halları daha çox ola bilər.
Şir Bürcü
Ümumiyyətlə xəstəliklərə qarşı dayanıqlı olurlar, çünki onlar şirdir, tamam mı? Lakin şir bürcü bədəndə onurğanı, kürəyi və ürəyi idarə etdiyindən bu bölgələrlə bağlı narahatlıqlar yaşaya bilərlər. Uğur və karyera onlar üçün çox vacib olduğundan, həddindən artıq iş nəticəsində yorğunluq və stressə bağlı xəstəliklər yaşaya bilərlər. Çəki artımına da meyllidirlər, diqqətli olmaq lazımdır!
Qız Bürcü
Qız bürcünün bədəndə idarə etdiyi bölgələr sinir sistemi, mədə və bağırsaqlardır. Buna görə də hər kəs qidalanmasına diqqət yetirməlidirsə, qız bürcü bu mövzuya ikiqat daha çox önəm verməlidir. Özlərini dinləməyi, özlərini araşdırmağa çevirən xarakterləri səbəbilə xəstəliklərə qarşı daha həssas olurlar. Həm fiziki, həm də sinir baxımından həssas olduqları üçün hər mənada balanslı həyat tərzi onlara xüsusi ilə tövsiyə edilir.
Tərəzi Bürcü
Adətən güclü və sağlam görünən, amma zəif bədən quruluşuna sahib olan tərəzi bürcü nümayəndələri tez-tez xəstələnirlər. Böyrəklər, bel və onurğa bölgələri həssasdır. Revmatizm, böyrək və kürək ağrıları yaşayabilərlər. Xəstə olduqları zaman isə kənddəki uzaq qohumlarına belə xəbər verir, diqqət və qayğı gözləyirlər.
Əqrəb Bürcü
Bədəndə reproduktiv orqanları idarə edən əqrəb bürcü, cinsi tələbatların basdırıldığı hallarda fiziki və psixoloji narahatlıqların ortaya çıxmasına səbəb olur. Ümumilikdə xəstəliklərə və ağrıya qarşı dayanıqlıdırlar. Dərman qəbul etməyi son ana qədər rədd edən və öz iradəsi ilə xəstəliyin öhdəsindən gələcəyinə inanan insanlar var ki, məhz bu insanlar əqrəb bürcü nümayəndələridir. Reproduktiv orqanlarla yanaşı, mədə üzərində də təsiri olan əqrəb bürcü həzm sistemi ilə bağlı problemlərə də səbəb ola bilər.
Oxatan Bürcü
Qaraciyər, dalaq, öd kisəsi, pankreas, çanaq və budlar həssas bölgələrdir. Buna görə də siyatik ağrıları, yüksək qan təzyiqi, şəkər və qaraciyər xəstəlikləri yaşama ehtimalları yüksəkdir. Sinirləri də bir az həssasdır, diqqətli olmaq lazımdır. Açıq hava tədbirləri oxatanlara çox yaxşı təsir edir, idmanı çox sevirlər, elə davam edin.
Oğlaq Bürcü
İskelet sistemi, sümüklər, saçlar, dəri, dişlər və oynaqlar oğlaq bürcünün idarə etdiyi bölgələrdir. Stres yaşadıqlarında saç tökülməsi və ya dəri problemləri ortaya çıxa bilər. Ortopedik problemlər və revmatizm ən çox yaşadıqları sağlamlıq problemləri ola bilər. Stresli xarakterləri isə mədə və həzm sistemlərində problemlər yarada bilər. Amma dayanıqlı insanlardır, çox ciddi bir xəstəlik olmadıqca həkimə müraciət etmirlər.
Dolça Bürcü
Dolaşım sistemi, dişlər, baldırlar, ürək, limfa sistemi və topuqlar dolça bürcündə həssasdır. Özlərini çox asanlıqla əsəbi və gərgin hiss edə bilərlər, amma həkim və ya xəstə olduqları zaman onlara qayğı göstərən şəxs mehriban davrandıqda dərhal sakitləşirlər.
Balıq Bürcü
Ayaqlar və sinir sistemi balıq bürcünün idarə etdiyi bölgələrdir. Özlərini pis hiss etdikdə - ki, onların həyatı adətən melanxoliya ilə keçir - asılılıq yaradan maddələrə, içkiyə və ya siqaretə meyl göstərə bilərlər. Asılılığa meylli olmaları bəzilərində həddindən artıq yemək yeməyə, nəticədə isə çəki problemlərinə səbəb ola bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






