Bu xəstəliklər bağırsaq xərçənginə Yol Açır

Oct 10, 2024 - 19:32
 0
Bu xəstəliklər bağırsaq xərçənginə Yol Açır

Flinders Universitetinin alimləri beş ümumi metabolik patologiyanın hipertoniya və yüksək qan qlükoza səviyyəsi də daxil olmaqla bağırsaq xərçənginin inkişaf riskinin artması ilə əlaqəli olduğunu müəyyən ediblər.

Doktorm.az "News24.az"-a istinadən  xəbər verir ki, tədqiqatın nəticələri "Critical Reviews"in "Oncology/Hematology" jurnalında dərc olunub.

Tədqiqatçılar metabolik xəstəliklərlə kolorektal xərçəngin inkişaf riski arasında əlaqəni müəyyən etmək üçün əvvəllər dərc edilmiş 49 elmi məqalənin məlumatlarını təhlil ediblər. Sistematik təhlillər və meta-analizlər sağlam yetkin könüllülər və müxtəlif tibbi vəziyyəti olan şəxslər haqqında məlumatlardan istifadə edilib.

Nəticələr göstərib ki, kifayət qədər ümumi olan beş patologiya bağırsaq xərçəngi riskini artırır - piylənmə, hipertoniya, alkoqollu yağlı qaraciyər xəstəliyi, artıq qan şəkəri və yüksək sıxlıqlı lipoprotein çatışmazlığı. Belə xəstəliklərin kompleks inkişafı metabolik sindrom kimi tanınır.

Alimlər vurğulayıblar ki, hər il bir çox insanın tibbi müayinədən keçdiyi sadə qan analizləri metabolik sindrom riskinin qiymətləndirilməsinə və həyati təhlükəsi olan ağırlaşmalar baş verməmişdən əvvəl onun qarşısının alınmasına effektiv kömək edir


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow