Bu simptomları yaşayanların NƏZƏRİNƏ: Özünüz də bilmədən...

Oct 23, 2024 - 04:28
 0
Bu simptomları yaşayanların NƏZƏRİNƏ: Özünüz də bilmədən...
Bu simptomları yaşayanların NƏZƏRİNƏ: Özünüz də bilmədən...

“İnsanlar ürək problemi olduğunu bilmədən illər keçirə bilər, çünki simptomlar yüngül olur”.

Doktorm.az Ajans.az-a istinadən xəbər verir ki, bu sözləri Britaniya Ürək Fondunun (BHF) baş kardioloq tibb bacısı Sindi Codar deyib. O və terapevt Adil U Xan sağlamlıq verilişlərinin birinə müsahibə verib.

Xanın fikrincə, uzunmüddətli yorğunluq heç vaxt diqqətdən kənarda qalmamalıdır. Səbəbsiz enerji itkisi ürək xəstəlikləri, anemiya, viruslar və hətta psixi sağlamlıqla əlaqələndirilə bilər. O əlavə edib ki, çənə, boyun, kürək və ya qarın nahiyəsində ağrı və narahatlığa qarşı diqqətli olmalısınız.

Ürək xəstəlikləri topuq və qarın nahiyəsində şişkinlik kimi simptomlarla da görünə bilər. Qəfil huşunu itirmə, nəfəs darlığı və istirahətdə artan tərləmə, xüsusən də sinə ağrısı müşayiət olunarsa, təcili tibbi yardım tələb olunur. Kodar həmkarının sözlərinə əlavə edib ki, qəfil qusma və ya boğazda boğulma hissi də xəbərdarlıq əlamətidir.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow