Bu pendirlər marketlərdən yığışdırılır - Tərkibində ölümcül bakteriya aşkarlanıb

Dec 24, 2024 - 15:53
 0
Bu pendirlər marketlərdən yığışdırılır - Tərkibində ölümcül bakteriya aşkarlanıb
Bu pendirlər marketlərdən yığışdırılır - Tərkibində ölümcül bakteriya aşkarlanıb

Bəzi pendirlər marketlərdən yığışdırılır.

Doktorm.az xəbər verir ki, buna səbəb həmin pendirlərlə ölümcül bakteriyaların aşkarlanmasıdır.

Qida Standartları Agentliyi Şimali İrlandiyada satışa çıxarılan Wicklow Farmhouse markalı bəzi pendir növlərinin tərkibində ölümcül "Listeria monocytogenes" bakteriyasının aşkarlanması səbəbindən bu məhsulların geri çağırıldığını açıqlayıb. Cheddar və brie növlərini əhatə edən bu məhsullar əsasən "Aldi" mağazalarında satılıb.

Mütəxəssislər qeyd edir ki, listeria bakteriyası yaşlılar, uşaqlar və immunitet sistemi zəif olan şəxslər üçün ciddi təhlükə yaradır və hamilələrdə erkən doğuş riskini artırır. Agentlik istehlakçılara pendirləri mağazalara qaytarmağı gigiyenik qaydalara riayət etməyi tövsiyə edib./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow