Bu pendirdən UZAQ DURUN! – Sonsuzluq yaradır

Oct 11, 2024 - 04:10
 0
Bu pendirdən UZAQ DURUN! – Sonsuzluq yaradır

Xəbər verdiyimiz kimi dünyanın bir çox ölkəsində satışı həyata keçirilən məşhur "Villa Gusto" pendir brendinin məhsullarında mikroplastik aşkarlanıb. Bu maddə sonsuzluq kimi ciddi sağlamlıq problemlərinə yol açdığı üçün bəzi ölkələrdə məhsulun rəflərdən yığışdırılması qərarı verilib.

Bildirilir ki, yad cisimlər brendin 125 qramlıq motsarella pendirlərində müəyyən olunub. Şirkət bütün məhsullar üçün pulu geri qaytaracağını bildirib. Lakin istehlakçılar baş verənlərə görə narazılıqlarını bildiriblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Maraqlıdır, "Villa Gusto" pendiri Azərbaycanda istehlak olunurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bidirdi ki, İtaliyanın “Mozzarella” şirkətinin pendirləri Azərbaycanda geniş çeşiddə satılır:

“Bununla belə demək olmaz ki, bu brendin istehsal etdiyi bütün məhsullar təhlükəlidir. Burada söhbət yalınız "Villa Gusto" pendirindən gedir. Əgər bu növ pendirlər Azərbaycanda varsa, o zaman təcili olaraq bu məhsullar bazardan çıxarılmaıdır. Yəqin ki, AQTA bu məlumatdan xəbərdardır. Ona görə də insan sağlamlığına ziyan vuran istənilən qida, o cümlədən də "Villa Gusto" pendiri dövriyyədən çıxarılmalıdır”.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərdik.

Mövzunu diqqətdə saxlayacağıq.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow