Bu meyvə 6 növ xərçəngin inkişaf riskini azaldir

Feb 16, 2025 - 14:50
 0
Bu meyvə 6 növ xərçəngin inkişaf riskini azaldir
Bu meyvə 6 növ xərçəngin inkişaf riskini azaldir

Alimlər müəyyən edib ki, nar 6 növ xərçəngin inkişaf riskini azaldır.

Pakistanın Svaabi Universitetinin alimləri beynəlxalq elmi komanda tərkibində aparılan tədqiqat nəticəsində aşkar edib ki, narın meyvəsi, qabığı, yağı, ekstraktı və suyu prostat, sidik kisəsi, döş, dəri, ağciyər və qalın bağırsaq xərçənglərinin inkişaf riskini azalda bilər. Bu araşdırmanın nəticələri «Food Science & Nutrition» jurnalında dərc olunub.

Alimlərin sözlərinə görə, narın antiproliferativ, antitumor və antiinflamatuar xüsusiyyətlərini təmin edən əsas amil antioksidantlardır. Bunlara polifenollar, flavonoidlər və tanninlər kimi faydalı maddələr daxildir. Bu maddələr iltihabı azaldır, şişlərin yaranmasının qarşısını alır və xərçəng hüceyrələrinin artımını yavaşladır. Bundan əlavə, narın müntəzəm istifadəsi xərçəngin metastazlaşmasının - yəni, xəstəliyin digər orqanlara yayılmasının qarşısını ala bilər. Nar həmçinin lif, minerallar və vitaminlər baxımından zəngindir, eyni zamanda az miqdarda yağ və kalori ehtiva edir. Onun qəbulu artıq çəki ilə mübarizədə də kömək edir – ki, bu da onkoloji xəstəliklərin inkişaf riski amillərindən biridir.

Qeyd edək ki, nar, bəzi dərman vasitələrinin effektivliyinə təsir göstərə bilər. Buna görə də narı müxtəlif xəstəliklərin əlavə terapiyası olaraq istifadə etməzdən əvvəl diqqətli olmaq lazımdır./saglamolun.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow