Bu məhsul marketlərdən yığışdırılır - Ölümcül maddə aşkarlandı

Jan 16, 2025 - 10:31
Jan 16, 2025 - 10:31
 0
Bu məhsul marketlərdən yığışdırılır - Ölümcül maddə aşkarlandı
Bu məhsul marketlərdən yığışdırılır - Ölümcül maddə aşkarlandı

"Akar" markalı yuyucu maddə satışdan çıxarılır.

Doktorm.az xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi bu maddənin zərərli olduğunu elan edib.

Bu səbəbdən sözügedən məhsulun marketlərdən yığışdırılması barədə qərar qəbul edilib.

Nazirlik tərəfindən yayımlanan məlumatda, "Akar" markalı çamaşır suyunun uşaqlar üçün təhlükəsizlik mexanizminə və toxunma xəbərdarlığına malik olmadığı bildirilib. Məhsulun təhlükəsizlik mexanizmi olmadan əlçatan yerlərdə saxlanması halında ciddi və ölümcül risklər yarada biləcəyi qeyd olunub.

Market rəhbərliklərinə bildirilən bu qərar çərçivəsində məhsulun satışdan çıxarılması ilə yanaşı, yenidən bazara təqdim olunması da tamamilə qadağan edilib./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow