Bu cihazı barmağınıza taxıb xəstəliyinizi biləcəksiniz

Sep 14, 2024 - 20:02
 0
Bu cihazı barmağınıza taxıb xəstəliyinizi biləcəksiniz

Alimlər tərlə aktivləşdirilən yeni barmaq sarğısı ilə insanın səhhətinin monitorinqini asanlaşdıracaq texnologiya hazırlayıblar.

Doktorm.Az lent.az-a istinadən bildirir ki, bu elektron sarğı sadəcə sarğı kimi barmağa taxıla bilər və tər analizindən əldə edilən məlumatlarla qan şəkərinin, vitaminlərin, dərmanların və digər maddələrin səviyyəsini ölçə bilir.

Tədqiqatçılar cihazın analiz zamanı istifadə etdiyi enerjini eyni tərdən əldə etdiyini bildiriblər.

Cihaz tərdəki kimyəvi maddələri elektrik enerjisinə çevirən bioyanacaq hüceyrələrindən istifadə edərək sensorlar vasitəsilə qlükoza, C vitamini və Parkinson xəstəliyinə qarşı dərman levodopa kimi biomarkerləri izləyə bilir.

Toplanmış məlumatlar Bluetooth vasitəsilə smartfona və ya kompüterə ötürülür.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow