Bu 10 saniyəlik TEST: Sizə ürək çatışmazlığı olduğunu deyəcək

May 22, 2025 - 21:07
 0
Bu 10 saniyəlik TEST: Sizə ürək çatışmazlığı olduğunu deyəcək
Bu 10 saniyəlik TEST: Sizə ürək çatışmazlığı olduğunu deyəcək

Ürək çatışmazlığı illərlə inkişaf edən, bəzəndə gizlicə irəliləyən və çox gec olduqda simptomlarını göstərən gizli qatildir. Xoşbəxtlikdən bu vəziyyəti yoxlamaq üçün sadə bir üsul var.

Doktorm.az xarici mediaya istinadlaxəbər verir ki, 10 saniyəyə ürək çatışmazlığı riskini özünüz test edə bilərsiniz.

Bu test ürək çatışmazlığı riskinin ən yaxşı göstəricisi ola bilər, çünki məşhur Bədən Kütlə İndeksi (BMI) ilə müqayisədə daha doğru nəticə verir.
Həmçinin, piylənmə və yüksək bədən kütlə indeksi uzun illər boyu ürək xəstəlikləri ilə əlaqələndirilsə də, alimlər kəşf ediblər ki, əsas faktor yağın harada yığılmasıdır, sadəcə onun miqdarı deyil.

Lund Universitetindən həkim Amra Yuç izah edir ki, BMI yağın bölgüsünü nəzərə almır. Halbuki, visseral yağ (qarın ətrafında yığılan) xüsusilə təhlükəlidir, çünki o, daxili orqanları əhatə edir və onların funksiyasını pozur.

Ürək çatışmazlığı riskini necə qiymətləndirmək olar? 

Sadəcə bel ətrafını ölçün və onu boyunuzla bölün (WHtR - bel və boy nisbəti), bu 10 saniyə vaxt aparacaq. Nəticə 0.5-dən az olmalıdır. Əgər nəticə yüksəkdirsə, həkimlə məsləhətləşmək vacibdir. Xüsusən də bu, şəkərli diabet, yüksək təzyiq və ya fiziki fəaliyyətin olmaması kimi digər risk faktorları ilə müşayiət olunursa.

Avropanın Kardiologiya Cəmiyyətinin konqresində təqdim olunan araşdırmada 12 il ərzində təxminən 1800 insan izlənilib. Araşdırma göstərib ki, bel və boy nisbəti yüksək olan şəxslərdə ürək çatışmazlığına yoluxma şansı, yüksək BMI-ə malik olanlardan üç dəfə daha çoxdur.

Ürək çatışmazlığının simptomları nələrdir?

Ürək çatışmazlığı ürəyin qanı nəql etmə qabiliyyətinin zəifləməsidir. Zamanla bu, nəfəs darlığı, xroniki yorğunluq, şişkinlik və ən son mərhələdə ölümə səbəb ola bilər. Vacib olan budur ki, bu xəstəlik tez-tez yavaşca inkişaf edir, buna görə də simptomların erkən aşkarlanması xəstəliyin qarşısını almaq üçün mühüm rol oynaya bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow