Böyrək zədələnməsinin səssiz əlamətləri

Feb 17, 2025 - 09:39
 0
Böyrək zədələnməsinin səssiz əlamətləri
Böyrək zədələnməsinin səssiz əlamətləri

Böyrəklər qanı təmizləyən, tullantıları sidiklə çıxaran həyati orqanlardır. Onların sağlamlığı ümumi bədən funksiyalarına birbaşa təsir edir.

Doktorm.Az xəbər verir ki, diabet və hipertoniya kimi xəstəliklər böyrəklərə ciddi zərər verə bilər. Erkən mərhələdə əlamətlər hiss olunmasa da, irəlilədikcə şişkinlik, köpüklü sidik, sidikdə qan, yorğunluq, iştahsızlıq və bel ağrısı kimi problemlər ortaya çıxır.

Şişkinlik, xüsusilə ayaqlarda və üzdə müşahidə olunur və sidikdə protein itkisi ilə bağlıdır.

Köpüklü sidik davamlı olduqda böyrək problemlərinin əlaməti ola bilər.

Sidikdə qan böyrək və sidik yolları xəstəliklərinə işarə edə bilər.

Yorğunluq və iştahsızlıq böyrək funksiyasının zəifləməsi ilə əlaqəlidir və anemiya səbəbindən baş verə bilər.

Sidik həcmində dəyişikliklər - həddindən artıq çox və ya az sidik ifrazı - böyrək problemlərinin xəbərçisi ola bilər. Bel ağrısı sidik daşlarından qaynaqlana bilər, lakin böyrək disfunksiyası adətən ağrısız olur.

Qaşınma, dad dəyişiklikləri, nəfəs darlığı, arıqlama və yuxusuzluq da böyrək çatışmazlığının mümkün əlamətləridir.

Böyrək xəstəlikləri ilkin mərhələdə səssiz irəlilədiyindən, xüsusilə diabet və hipertoniya kimi risk faktorları olan şəxslər müntəzəm müayinə olunmalıdır. Erkən diaqnoz böyrək funksiyasının qorunmasında vacib rol oynayır. (E-saglam.az)


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow