BONETEM-D şərbət 200 ml

Sümüklərin inkişafı və möhkəmliyi üçün kompleks vasitə

Jun 5, 2024 - 17:44
 0
BONETEM-D şərbət 200 ml
BONETEM-D şərbət 200 ml

BONETEM-D şərbət 200 ml

Sümüklərin inkişafı və möhkəmliyi üçün kompleks vasitə

 

Tərkibi (hər 5 ml-də)

Təsiredici maddələr:

Kalsium sitrat (150 mq elementar kalsiuma ekvivalent) ........................... 622,50 mq

Maqnezium bisqlisinat (25 mq elementar maqneziuma ekvivalent) ...........177,25 mq

Sink sitrat (3,0 mq elementar sinkə ekvivalent) ........................................... 8,79 mq  

D3 vitamini (Xolekalsiferol) ....................................................................... 400 BV

Köməkçi maddələr: sorbitol, natrium benzoat, ksantan qətranı, propilenqlikol, tvin 80 sukraloza, banan və vanil dalandırıcıları, təmizlənmiş su,

 

Məhsul haqda məlumat  

Bonetem-D tərkibində olan komponentlərin xüsusiyyətləri, bioloji aktivliyi və spesifik təsir mexanizminə əsaslanaraq orqanizmdə kalsium – fosfor mübadiləsini tənzimləyir, sümükləri və dişləri möhkəmləndirir, sinir sisteminin funksiyasını dəstəkləyir, maqnezium və sinkin orqanizmdə defisitini bərpa edir, fiziki və əqli inkişafı, immuniteti dəstəkləyir. Sümük toxumasının möhkəmliyini artırır, dişlərin mineralizasiyası üçün vacibdir.

Kalsium  əvəzolunmaz qida komponentidir. Bu mineral boyun inkişafı, skeletin minerallaşması, optimal sümük kütləsinin toplanması, əzələlərin tamdəyərli yığılması, sinir impulslarının ötürülməsi, qanın normal laxtalanması üçün vacibdir. Kalsiumun adekvat miqdarda qəbul olunması, xüsusilə aktiv boy artımı dövründə çox vacibdir. Kalsium defisiti özünü uşaq həyatının müxtəlif dövrlərində aşağıdakı əlamətlərlə göstərir: boy göstəricilərinin və artımı tempinin aşağı olması, qıcolmaya meyllik, skeletin kifayət qədər minerallaşmaması, raxitəbənzər dəyişikliklər, əzələ hipotoniyası, yüksəlmiş oyanıqlıq, dişlərin gec çıxması, diş emalının distrofik dəyişiklikləri, karies. Kalsiumun qida və ya qida əlavələri ilə qəbul olunması bu əlamətlərin yaranmasının qarşısını almaq, həmçinin, gələcəkdə osteoporoz və sınıqların profilaktikası üçün vacibdir.

Maqnezium – 300-dən çox fermentativ reaksiyalarda və çoxsaylı metabolik proseslərdə iştirak edən vacib elementdir. O enerji istehsalı və nuklein turşularının sintezində mühüm rol oynayır. Orqanizmdə bütün toxumaların tərkibində var: hüceyrələrin normal fəaliyyəti, xüsusən də sinir impulslarının keçiriciliyinin tənzimlənməsi və əzələ yığılması üçün vacibdir. Maqnezium, həmçinin, D vitamininin metabolizmi üçün vacibdir. Zəif qidalanma və ya maqneziuma tələbatın artdığı hallarda (stres, fiziki və əqli yüklənmə, diuretiklərin qəbulu və s.) onun defisiti yarana bilər. Maqnezium metabolik sindrom, diabet, hiperlipidemiya, astma, müxtəlif ürək və sinir sistemi xəstəliklərinin profilaktika və müalicəsində istifadə olunur.

Sink – orqanizmdə yayılmasına görə ikinci elementdir. O, fermentlərin aktivliyini, zülalların strukturunu təmin edir. Sink hüceyrələrin bölünməsi və böyüməsində, yaraların sağalmasında, karbohidratların parçalanmasında iştirak edir, insulinin təsirini qüvvətləndirir. Körpə və uşaq dövrlərində sink düzgün inkişaf və boy artımı üçün vacibdir.  Boy artımı dövründə sink defisiti boyun ləngiməsinə səbəb olur. Sink immun sistemin formalaşmasında, xüsusən də tənəffüs yollarının infeksiyaları və ishalın profilaktikasında vacib rol oynayır. Həzm sistemi, mərkəzi sinir, skelet, immun və reproduktiv sistemlər, dəri sink defisitinin klinik təsirinə həssasdır. D3 vitamini –yağda həll olan vitamindir. Onun əsas təbii mənbəyi günəş işığıdır. D vitamini bağırsaqlardan kalsium və fosforun sorulmasını təmin edir, və sümük metabolizmində vacib rol oynayır. D vitamininin çatışmazlığı sümüklərdə kalsium ehtiyatının tükənməsinə, uşaqlarda raxit, böyüklərdə osteomalyasiya və osteoporoz, sınıq təhlükəsinin artmasına səbəb olur. D vitaminin reseptorları digər üzv və toxumalarda da (əzələlər, endokrin vəzilər, damarlar, ürək, immun hüceyrələr və s.) yerləşməklə onun bioloji əhəmiyyətini genişləndirirlər: sübut olunub ki, D vitamini immunitetin dəstəklənməsi, ürək – damar, autoimmun və allergik xəstəliklər, şəkərli diabet və s. xəstəliklərin patogenezində rol oynayır.  D vitamininin çatışmazlığının əsas səbəbi kifayət qədər gün işığının qəbul olunmaması, qeyri-düzgün qidalanma, bağırsaq, qaraciyər və böyrək xəstəlikləri ola bilər.

 

İstifadəsinə göstərişlər

  • Kalsium, maqnezium, sink və D vitamini defisitinin profilaktika və müalicəsi

  • Malabsorbsiya sindromu, zəif qidalanma zamanı

  • Raxit və raxitəbənzər xəstəliklərin, hipokalsiemik tetanusun profilaktika və müalicəsi

  • Osteomalyasiya və osteoporozun profilaktika, və kompleks müalicəsi 

  • Sınıqların kompleks müalicəsi

  • Fiziki inkişafın, sümük və dişlərin sağlamlığının dəstəklənməsi məqsədilə

  • Sinir və ürək – damar sistemlərinin funksiyasının dəstəklənməsi vasitəsilə

 

Əks göstərişlər

Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası və dozası

4 yaşadək uşaqlar: 5 ml gündə 1 dəfə

4-9 yaş arası uşaqlar: 5 ml gündə 2 dəfə

9 yaşdan yuxarı uşaqlar və böyüklər: 5 ml gündə 3 dəfə

Yemək zamanı və ya yeməkdən sonra daxilə qəbul edilir. İstifadədən öncə flakonu çalxalamaq lazımdır.

 

Buraxılış forması

Daxilə qəbul üçün şərbət, 200 ml plastik flakonda, 15 ml-lik ölçü stəkanı ilə, karton qutu qablaşmada.

 

İstehsalçı

Opes Healthcare Pvt. Ltd., Hindistan.

 

Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir!

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow