Baş ağrılarının səbəbləri açıqlanıb

Jul 24, 2024 - 18:03
 0
Baş ağrılarının səbəbləri açıqlanıb

Kranialgiya dedikdə kəllə daxilində və başın müxtəlif nahiyələrində lokalizə olunmuş ağrı hissiyyatı nəzərdə tutulur.

Doktorm.az apa.az-a istinadən xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 44 nömrəli Şəhər Poliklinikasının həkim-nevropatoloqu Minayə Əliəsgərova deyib. Həkimin sözlərinə görə, baş ağrısı, əsasən xəstəlik deyil, bir simptomdur, funksional mənşəli xəstəliklər zamanı meydana gəlir:

"Neyrogen ve psixogen amillərin təsirindən əmələ gələn baş ağrıları orqanizmin bir çox orqan və sistemləri ilə bilavasitə əlaqədar olur. Kliniki təsnifata görə baş ağrılarının bir çox növləri var. Bunlardan miqren tipli, gərginlik baş ağrısı, klaster, servikogen, abuzus, giqant, hüceyrəli, arterit baş ağrılarını göstərmək olar".

Həkim-nevropatoloq onu da bildirib ki, müasir dövrdə ən çox rast gəlinən baş ağrısı miqren tipli, gərginlik və servikogen baş ağrılarıdır:

“Miqren tipli ağrılar, birtərəfli, pulsasiyaedici olur, 4 saatdan bir neçə günədək davam edir. Bu zaman heç bir ağrıkəsici kömək etmir. Servikogen baş ağrıları başın təpə, ənsə hissəsini, qulağın yuxarı hissəsini əhatə edir, gərginlik baş ağrıları əsasən, ikitərəfli olur, abuzus baş ağrıları isə uzun müddət analgetik qəbulunu saxladıqdan sonra baş verir”.

Mütəxəssis baş ağrılarının əslində praktiki sağlam insanlarda da müşahidə edildiyini, buna səbəb olan amillər sırasında isə gərgin iş fəaliyyəti, iqlim dəyişkənliyi, istirahətsiz yaşam tərzi, yuxu rejiminin pozulması, zərərli vərdişlər (siqaretdən, spirtli içkilərdən istifadə) olmasını da bildirib. Onun sözlərinə görə, bugünkü dövrdə baş ağrılarının allergik formasına da tez-tez rast gəlinir:

“Belə ki, müxtəlif kimyəvi maddələr, kosmetik boyalar, bitkilərin tozları baş ağrısına səbəb ola bilir. Ümumiyyətlə, poliklinikaya baş ağrıları şikayəti ilə müraciət edən pasiyentlərə ilk növbədə nevroloji baxış keçirilir, ilkin funksional müayinələr aparılır, ehtiyac yaranarsa, onlara instrumental- diaqnostik müayinələrə göndəriş verilir, xəstəliyin növünə uyğun olaraq dərman preparatları təyin olunur”.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow