Bakıda poliklinikanın tavanı çökdü - Açıqlama - FOTO

Aug 21, 2024 - 08:38
 0
Bakıda poliklinikanın tavanı çökdü - Açıqlama - FOTO
Sosial şəbəkələrdə Xətai rayonu 38 saylı şəhər poliklinikasında həkimin otağının baxımsız vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.
Doktorm.az medecina.az-a istinadən xəbər verir ki, otağın bir ildən artıqdır ki, bu vəziyyətdə olduğu, şəraitsiz ortamda pasiyent qəbulunun həyata keçirildiyi qeyd olunub.
Məsələ ilə bağlı TƏBİB-dən Modern.az-a bildirilib ki, hazırda sözügedən poliklinikada təmir işləri həyata keçirilir: “Poliklinika yaşayış binasının altında yerləşir. Bir neçə dəfə sözügedən endekronoloji kabinet üst mərtəbələrdən su axıntısına məruz qalıb və təmir həyata keçirilib. Poliklinikada bir aydan çoxdur ki, cari təmir işləri aparılır”.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow