Bakıda insanları ən çox öldürən ÜÇ XƏSTƏLİK

Jun 6, 2025 - 17:11
Jun 6, 2025 - 17:12
 0
Bakıda insanları ən çox öldürən ÜÇ XƏSTƏLİK
Bakıda insanları ən çox öldürən ÜÇ XƏSTƏLİK

Bakı şəhərində yaşayan əhalinin ölüm səbəbləri sırasında hansı əsas xəstəliklərin yer aldığı açıqlanıb.

Doktorm.az xəbər verir ki, Modern.az saytının Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumatda deyilir ki, ölüm səbəbləri sırasanda ilk yerdə yenitörəmələr (xərçəng şişləri) gəlir.

Ölüm səbəbləri arasında 2-ci yer qan dövranı sisteminin (ürək-damar) xəstəliklərinə aiddir.

İlk “3-lük”də sinir sisteminin xəstəlikləri də yer alır.

Ümumiyyətlə paytaxtda yaşayan insanların ölümünə səbəb olan əsas xəstəliklər belə sıralanıb:

1. Yenitörəmələr (xərçəng şişləri)

2. Qan dövranı sisteminin (ürək-damar) xəstəlikləri

3. Sinir sisteminin xəstəlikləri

4. Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri

5. Həzm sisteminin xəstəlikləri

6. Tənəffüs sisteminin xəstəlikləri

7. Bəzi infeksion və parazitar xəstəliklər

8. Perinatal dövrdə meydana çıxan bəzi hallar

9. Sidik-cinsiyyət sisteminin xəstəlikləri

10. Klinik və laborator müayinələrdə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 14172 ölüm halı qeydə alınıb. Rəsmi statistikaya görə, bir il ərzində Bakıda 15 minə yazın ölüm halı baş verir.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow