Azərbaycanda 93 nəfər zəhərləndi, ölənlər var

Nov 28, 2024 - 07:25
 0
Azərbaycanda 93 nəfər zəhərləndi, ölənlər var
Azərbaycanda 93 nəfər zəhərləndi, ölənlər var

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 93 nəfər qəbul edilib.

Bu barədə Lent.az-a KTM-dən bildirilib.

Qeyd olunub ki, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 20 nəfər sirkə turşusundan, 5 nəfər göbələkdən, 4 nəfər ilan sancmasından, 4 nəfər botulizmdən, 4 nəfər etanoldan, 1 nəfər layelladan zəhərlənən şəxslərdir.

Həmçinin onlardan 6-sı allergik reaksiya, 3-ü fosfor üzvi birləşmələrdən, 2-si dəm qazından zəhərlənmə, 2 nəfər isə həşərat sancması səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusundan (2 nəfər), layella sindromu (1 nəfər) və göbələk zəhərlənməsindən (1 nəfər) qeydə alınıb.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow