Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür

Jun 26, 2025 - 11:13
 0
Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür
Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür

Azərbaycanda bir yaşadək uşaqlar arasında ölüm halları azalıb.

Doktorm.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə 1420 körpə həyatını itirib.

Belə ki, 2023-cü ildə bu rəqəm 2039 olub. Ötən il körpələr ən çox (735 körpə) perinatal dövrdə meydana çıxan bəzi hallardan vəfat ediblər.

2024-cü ildə 178 körpə tənəffüs sistemi xəstəliklərindən, 101 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları) deformasiyalar və xromosom pozğunluqlarından, 47 uşaq bəzi infeksion və parazitar xəstəliklərdən, 12 uşaq isə travmalar, zəhərlənmələr və digər xarici səbəblərdən dünyasını dəyişib./modern.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow