Astarada "Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Oct 3, 2024 - 04:14
 0
Astarada "Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Astarada "Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, TƏBİB-in, Səhiyyə Nazirliyinin C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun dəstəyi ilə “Astara sağlamlıq günləri” çərçivəsində Astara rayon Mədəniyyət Mərkəzində Ümumdünya Ürək Gününə həsr edilən "Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Cənub regionunun tibb işçiləri üçün nəzərdə tutulan elmi konfransda Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Şirvan rayonlarının tibb işçiləri iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov konfrans iştirakçılarını salamlayıb, "Astara sağlamlıq günləri" çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün həyata keçirilən tibbi sosial aksiya zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən göstərilən keyfiyyətli tibbi xidmətlərdən danışıb.

Daha sonra Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev təşkil olunan tədbirlərə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, TƏBİB-in və Səhiyyə Nazirliyinin C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliklərinə və həkimlərinə minnətdarlığını bildirib, konfransın işinə uğurlar arzulayıb.

Konfransın rəsmi açılış mərasimində çıxış edən Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, t.e.d., Gülnaz Dadaşova və Türkiyənin Florence "Healthcare İnternational Qrup"unun İcraçı direktoru Sinan Nazif Aran, habelə Azərbaycanın, Türkiyənin və Almaniyanın yüksəkixtisaslı mütəxəssisləri təqdimatlarla çıxış ediblər.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov Lənkəran, Şirvan, Şəki rayon mərkəzi xəstəxanalarının nəzdində TƏBİB tərəfindən yaradılan “Ürək mərkəzləri”nin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, sözügedən xəstəxanalarda yaradılan mərkəzlərdə ürək-damar xəstəliklərinin müalicəsi, eləcə də aorto-koronar şuntlama əməliyyatı, anadangəlmə ürək qüsurlarının müalicəsi üçün aparılan əməliyyatların icrası mümkündür. “Bu mərkəzlərdə xarici ölkələrdə fəaliyyət göstərmiş, eləcə də ixtisasartırma kurslarında iştirak etmiş, paytaxtda müxtəlif özəl tibb müəssisələrində çalışmış uzman kardioloq və ürək-damar cərrahları vətəndaşlara xidmət edirlər ki, bu da regionlarda ürək-damar sistemi xəstəliklərinin erkən aşkarlanması və müalicəsinin düzgün təşkili üçün geniş imkan yaradır”.

Konfransda “Kardiopimopatiyanın diaqnostikasında əhəmiyyətli parametrlər”, “Ürək çatmazlığı xəstələrində möhtəşəm dördlü: nə, kimə və nə zaman başlamaq lazımdır?”, “İşemik kardiomiopatiyanın menecmenti” mövzusunda təqdimatlar dinlənilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 7 DTT balı ilə qiymətləndirilən konfransda 200-dən çox mütəxəssis iştirak edib.

Sonda təşəkkürnamələr təqdim olunub və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow