Asqıranda bədəni "tok" keçirirdi - Xəstəliyi BİLİNDİ

Mar 16, 2025 - 17:05
 0
Asqıranda bədəni "tok" keçirirdi - Xəstəliyi BİLİNDİ
Asqıranda bədəni "tok" keçirirdi - Xəstəliyi BİLİNDİ

ABŞ-da asqıranda bədənində elektrik yaranmasından şikayətlənən çoxuşaqlı Stiv Lutzenhayzerin ağır xəstəliyə tutulduğu aşkarlanıb.

Doktorm.az lent.az-a istinadən xəbər verir ki, xərçəng diaqnozu qoyulan məktəb müəlliminin hekayəsini "Today" nəşri dərc edib.

2024-cü ilin payızında Lutzenhayzer həkimlərə bıçaq zərbəsi kimi hiss edilən dözülməz bel ağrısından, bədənində uyuşmadan və asqırarkən yaranan elektrik hisslərindən şikayətlənib. MRT müayinəsinin nəticələrinə görə, onun ependimoma - boyun əsasına yaxın onurğa beynində yerləşən aqressiv xoşxassəli şiş aşkar edilib.

Diaqnozdan sonra Lutzenhayzer öyrənib ki, şişi böyüməyə davam edərsə, koordinasiya və sidiyə nəzarəti itirə bilər. Kişi əməliyyata razılıq verib.

Həkimlər şişi çıxara biliblər. Lutzenhayzerə yenidən yeriməyi öyrənmək üçün təxminən bir ay lazım olub.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow