Aslanpəncəsi otu faydaları nələrdir?

Aslanpəncəsi bitkisi cinsiyyət sistemi xəstəliklərində faydalı bilinən ən məşhur bitkilərdən biridir. Bitki qadın xəstəliklərində, xüsusilə də menopauza dövründə tez-tez rastlanan stress, tərləmə, gərginlik, əhvali-ruhiyyə düşkünlüyünü aradan qaldırmağa yardımçı olur.

Sep 18, 2024 - 15:48
Sep 18, 2024 - 15:49
 0
Aslanpəncəsi otu faydaları nələrdir?
Aslanpəncəsi otu

Aslanpəncəsi otu haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Aslanpəncəsi otu qiyməti

Aslanpəncəsi bitkisi qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Aslanpəncəsi otu qiyməti 3 azn - 5 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Aslanpəncəsi qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Aslanpəncəsi otu nə üçündür?

Aslanpəncəsi otu faydaları

Aslanpəncəsi bitkisi cinsiyyət sistemi xəstəliklərində faydalı bilinən ən məşhur bitkilərdən biridir. Bitki qadın xəstəliklərində, xüsusilə də menopauza dövründə tez-tez rastlanan stress, tərləmə, gərginlik, əhvali-ruhiyyə düşkünlüyünü aradan qaldırmağa yardımçı olur.

Aslanpəncəsinin tərkibi vitamin C, flavonoidlər, sink, dəmir, fitosterollar, lipidlər və kumarinlə zəngindir. Bitki sidikqovucu və büzücü təsir göstərərək iltihabi prosesləri aradan qaldırır, yaraların sağalmasını sürətləndirir. Qankəsici təsir göstərir, menstrual tsikli normallaşdırır. Ginekologiya sahəsində qadın cinsi xəstəliklərinin müalicəsində geniş tətbiq olunur. Aslanpəncəsindən həm də diabet, epilepsiya, piylənmə, ateroskleroz, böyrək mənşəli patologiyalarda, disbakterioz zamanı istifadə edirlər. Yarpaqlarından dəmləmə qanda xolesterin səviyyəsini də xeyli azaldır.

Xaricə isə aslanpəncəsi müxtəlif aplikasiyalar, vanna, kompreslər, şırınqa ilə yuyulma və qarqara şəklində tətbiq olunur. Müxtəlif dəri, göz xəstəlikləri, zökəm, irinli yaralar zamanı da aslanpəncəsinin faydaları məlumdur. Kosmetologiyada isə aslanpəncəsi bir çox xəstəliklər zamanı dəri hüceyrələrinin bərpasını sürətləndirir, dərinin turqorunu artırır. Bitki dəri xəstəlikləri zamanı həm də iltihabəleyhinə, sakitləşdirici efffekt verir, dəridə kapilyar qan dövranını yaxşılaşdırır.

Aslanpəncəsi bitkisindən allergiyalı şəxslər, hamiləlikdə, südvermə dövründə, yüksək qan laxtalanması olan insanların istifadəsi əks göstərişdir.

Bitki ürəklə bağlı problemlərdə (aritmiya, stenokardiya, miokard infarktı), qaraciyər və böyrək xəstəlikləri, yuxarı tənəffüs yollarının iltihabı, ağciyərlərin vərəmi, bronxit, mədənin xora xəstəliyi, şəkərli diabet, babasil, qeyri-müntəzəm aybaşı tsikli , qarının aşağı nahiyəsində ağrılar və klimaks zamanı da yüksək müalicəvi effektə malikdir. Vazopressor, qankəsici, iltihabəleyhinə, sidikqovucu, regenerasiyaedici effekt verir.

Tərkibi

Aslanpəncəsi otunun tərkibi aşı maddələri (3%-ə qədər taninlər), acı maddələr, lipidlər, katexinlər, lesitin, liqnin, olein, ellaq, luteon və linol turşuları, flavon qlikozidlər, fitosterollar (steroid­lər), kumarinlər, çox miqdarda askorbin turşusu (200 mq-a yaxın), sink, manqan, borla zəngindir.

İstifadə qaydası

Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, 45 dəq. soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1 stəkan yemək­dən 30 dəq. əvvəl qəbul olunur.

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow