Ana südü ilə müqayisə edilən çay

Asiyalılar ağ çayı çox sevirlər. Bu sevgi isə əsasız deyil. Ağ çay tərkibindəki qida maddələrinə görə əsl şəfa mənbəyidir.

Jun 8, 2024 - 18:13
 0
Ana südü ilə müqayisə edilən çay
Ağ çay
Digər çaylara nisbətən içilməsi daha yüngül olan ağ çay hüceyrələri canlandırır. Bu çay asiyalıların yaşlarından daha cavan görünməsinin sirri ola bilər.
Çinli alimlər ağ çayın faydalarından bəhs edərkən hətta onu ana südü ilə müqayisə edirlər.
Ağ çayı xüsusi edən oksidləşmə miqdarıdır. Ağ çay yığıldıqdan sonra onun oksigenlə təmasının qarşısı mümkün qədər alınır.
Son araşdırmalar göstərir ki, gündəlik çay içmək ritualı orqanizmə istirahət etməkdən daha çox fayda verə bilər. Yeni bir araşdırma isə gündə üç stəkan ağ çay içməyin bioloji yaşlanma prosesini gecikdirdiyini sübut edib.
- Antioksidantlar orqanizmi oksidləşdirici stress nəticəsində yaranan zərərli molekullardan qoruyur. Stress yaşlanma, Alzheimer, diabet və xərçəng kimi xəstəliklərlə əlaqələndirilir. Antioksidantlarla zəngin olan ağ çay sizi bu xəstəliklərdən uzaq tutmağa kömək edəcək.
- Ağ çay antioksidan xüsusiyyətləri ilə yanaşı təbii antibakterial, antiviral və göbələk əleyhinə təsirləri ilə də təsirli bir immun gücləndiricidir.
- Ağ çayın tərkibindəki katexinlər maddələr mübadiləsini sürətləndirməyə kömək edir ki, bu da bədəninizin yağları daha effektiv şəkildə parçalamasına səbəb olur. Bu çayın tərkibindəki kofein gündəlik enerji istehlakınızı artırır, bu da gün ərzində daha çox kalori yandırmağa imkan verir. Tədqiqatlar göstərir ki, ağ çay maddələr mübadiləsini əlavə 4-5% sürətləndirir və gündə təxminən 70-100 kalori daha çox yandırmağa kömək edir.
- Ağ çay bədənimizdəki pis LDL xolesterol səviyyəsi ilə yanaşı qan təzyiqini də azaltmağa kömək edir. Yüksək qan təzyiqi və xolesterin ürək xəstəliyi üçün üç əsas risk faktorundan ikisini təşkil edir. Deməli, ağ çay ürək xəstəliyi riskini əhəmiyyətli dərəcədə azalda bilər.
- Zərərli molekullar dərinin qocalma prosesində rol oynayır. Ağ çay bununla mübarizə aparan çoxlu antioksidantlar ehtiva edir. Bununla da dərini gənc saxlayır.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow