Aminodens tablet nə üçündür?
Aminodens tablet sinir oyanıqlığında, beyin qan dövranı pozğunluğunda, nevralgiyalarda istifadə olunan preparatdır.

Aminodens tablet haqqında məlumat
Aminodens qiyməti
Aminodens qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Aminodens qiyməti 33 azn - 36 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Aminodens tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
TƏRKİBİ
Soya lesitini (fosfatidilxolin 75 mq, fosfatidilinozitol 38 mq,
fosfatidiletanolamin 30 mq) – 250 mq
Qlisin – 150 mq
Ginkgo yarpağının q.e. – 80 mq
Vitamin B1 – 5 mq
Vitamin B2– 4 mq
Vitamin B6 – 6 mq
Vitamin B12 – 6 mkq
XÜSUSİYYƏTLƏRİ
Soya lesitini – neyronların regenerasiyasında, neyromediatorların (asetilxolin və s.) sintezində və mediatorların qovuqcuqlardan xaric olunmasında, ionların hərəkətində və bioelektrik enerjinin ötürülməsində iştirak edir. Asetilxolinin sintezini stimulə etməklə beyin toxumasında xolinergik prosesləri aktivləşdirir. Sinir hüceyrələrinin bölünməsini və böyüməsini təmin edir. Beyin toxumasında qlükozanın metabolizmini aktivləşdirir, sinir hüceyrələrinin işemik fəsadlara davamlılığını artırır. Mielin qişasının əmələ gəlməsini təmin edir və hüceyrə membranı strukturunu bərpa edir. Beyin qan dövranını yaxşılaşdırır. Nootrop, membranoprotektiv, antidepressiv və antiaterosklerotik təsir göstərir. Yuxunu normallaşdırır, əhval – ruhiyyəni yüksəldir, qanda xolesterinin və yağ turşularının miqdarını azaldır.
Qlisin – beyin metabolizmini aktivləşdirən əvəz olunmayan amin turşusudur. Mərkəzi sinir sisteminin tormozlayıcı mediator kompleksinə aid olmaqla, sedativ və antidepresiv təsirlərə malikdir. Qlisin QAYT-ergik , alfa1-adrenoblokator, antioksidant və antitoksiki təsirləri edərək N-metil D aspartat reseptorlarının fəaliyyətini tənzimləyir, psixoemosional gərginliyi və aqresivliyi aradan götürməklə, sosial adaptasiyanı və əhval ruhiyyəni yaxşılaşdırır.
Ginkgo Biloba beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək (əsasən beyin hüceyrələrində), hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla, enerji təminatını optimallaşdırır. Beləliklə, beyin hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv funksiyaları gücləndirir. Ginkgo Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək, damar elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiya və adgeziyasının qarşısını alaraq, qanın reoloji xüsusiyyətlərini normallaşdırır.
Vitamin B1 (tiamin) – sinir sisteminin normal fəaliyyəti üçün əvəzolunmaz komponentdir, yaddaş prosesini yaxşılaşdırır, beyini qlükoza ilə təmin edir. Yağlar, zülal və karbohidratların enerjiyə çevrilmə prosesində aktiv iştirak edir, immuniteti artırır. Sinapslarda impulsun ötürülməsində aktiv iştirak edir.
Vitamin B2 (riboflavin) mərkəzi sinir sisteminin müxtəlif funksiyalarının icrasını təmin edir. Bundan əlavə vitamin B2 zülal, lipid və karbohidrat mübadiləsində, toxuma tənəffüsündə iştirak edir. Orqanizmdə vitamin B2 çatışmazlığı qanyaranma prosesinin pozulmasına səbəb olur. Vıtamin B2 iltihab zamanı müdafiə sisteminin təşkilində iştirak edir.
Vitamin B6 (piridoksin) əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmun sistemini gücləndirir.
Vitamin B12 (sianokobalamin) hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT sintezində iştirak edir. Vıtamin B12-nin çatışmazlığı qanyaranmanın pozulmasına səbəb olur. Vitamin B12 maddələr mübadiləsində birbaşa iştirak edərək toxuma regenerasiyasını sürətləndirir.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR
- Dissirkulyator ensefalopatiyalar (insultun fəsadları, kəllə-beyin travmaları, yaşlanma dövrü), yaddaş və diqqətin pozulması, intellektual qabiliyyətin zəifləməsi, həyəcanlanma, qorxu.
- Parkinson və Alsheymer xəstəliyi, demensiya, yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya), epilepsiya.
- Ürəyin işemik xəstəlikləri. Aritmiya. Ateroskleroz
- Gənclərdə diqqət və yaddaşın artırılması məqsədi ilə.
- Yaşlanma ilə əlaqədar görmə pozğunluğu. Diabetik retinopatiya.
- Baş beyinin travması zamanı yaranan astenik, psixogen, nevrotik hallar.
- Periferik qan dövranı və mikrosirkulyasiya pozğunluğu. Aşağı ətrafların arterio və venopatiyaları.
- Qulaq küyləri.
- Reyno sindromu.
İSTİFADƏ QAYDASI VƏ DOZA
18 yaşdan yuxarı 1 kapsul gündə 1 dəfə.
Əlavə təsirləri
Nadir hallarda dispeptik pozğunluqlar, başgicəllənmə və allergik reaksiyalar.
Əks göstərişləri
Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya, 18 yaşa qədər şəxslər.
BURAXILIŞ FORMASI
AMINODENS № 30 kapsul.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ
PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Scotland
Aminodens nə üçündür?
- Sinir oyanıqlığında istifadə olunan dərmanlar
- Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
- Nevralgiyalarda istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






