Alimlərdən maraqlı tədqiqat: Yataqda smartfonlardan istifadə yuxu müddətini xeyli azaldır

Apr 1, 2025 - 09:27
 0
Alimlərdən maraqlı tədqiqat: Yataqda smartfonlardan istifadə yuxu müddətini xeyli azaldır
Alimlərdən maraqlı tədqiqat: Yataqda smartfonlardan istifadə yuxu müddətini xeyli azaldır

Norveç alimləri aşkar ediblər ki, yataqda smartfonlardan istifadə yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir.

Doktorm.az-ın xəbərinə görə, bu barədə araşdırmanın nəticələri "Frontiers in Psychiatry" jurnalında dərc olunub.

45 202 gənc üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, belə vərdiş yuxusuzluq riskini 59% artırır və yuxu müddətini orta hesabla 24 dəqiqə azaldır.

Tədqiqatçılar sosial şəbəkələrin interaktivliyinə görə ən zərərli ekran fəaliyyəti olacağını gözləyirdilər, lakin araşdırmanın nəticələri göstərib ki, fəaliyyət növünün heç bir fərqi yoxdur. Film izləmək, internetdə gəzinmək, oyunlar oynamaq və ekrandan oxumaq da sosial şəbəkələr kimi yuxuya təsir edir.

Tədqiqatın aparıcı müəllifi Qunnhild Yonsen Hyetlandın sözlərinə görə, əsas amil məzmun deyil, yatmazdan əvvəl ekran qarşısında sərf olunan ümumi vaxtdır.

Smartfonlar bir neçə səbəbdən yuxuya mane olur: onlar istirahətə sərf oluna biləcək vaxtı alır, aktiv kontent istehlakı səbəbindən yuxuya getməni gecikdirir, bildirişlər gecə yuxusunu pozur və sirkad ritmləri pozan mavi işıq saçır.

Alimlər yatmazdan ən azı 30-60 dəqiqə əvvəl ekrandan istifadəni məhdudlaşdırmağı və gecələr bildirişləri söndürməyi məsləhət görürlər./oxu.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow