Alimlər xərçəngin müalicəsində yeni yanaşmanı araşdırıblar

May 6, 2025 - 08:46
 0
Alimlər xərçəngin müalicəsində yeni yanaşmanı araşdırıblar
Alimlər xərçəngin müalicəsində yeni yanaşmanı araşdırıblar

Böyük Britaniyanın Southampton Universitetində aparılan yeni tədqiqat nəticəsində alimlər xərçəngin müalicəsində istifadə oluna biləcək “super güclü” antikorlar hazırlayıblar. Bu antikorlar insan orqanizmində bakteriya və viruslara qarşı müdafiə funksiyası yerinə yetirən təbii antikorlardan fərqli olaraq daha sərt quruluşa malikdir və immun sistemini daha güclü stimullaşdırmaq qabiliyyətinə sahibdir.

Doktorm.az “Science Daily” saytına istinadla xəbər verir ki, araşdırmaya əsasən, alimlər antikorların formasını və elastikliyini dəyişdirərək onların immun hüceyrələri üzərindəki aktivləşdirici təsirini artırıblar. Daha sərt struktura malik olan antikorların immun cavab yaratmaqda daha təsirli olduğu müəyyən edilib. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub və Böyük Britaniya Xərçəng Araşdırmaları təşkilatı tərəfindən maliyyələşdirilib.

Professor Mark Craggın rəhbərlik etdiyi tədqiqat qrupu bildirib ki, antikorların strukturundakı kiçik dəyişikliklər belə, onların immun hüceyrələri ilə qarşılıqlı təsirini gücləndirə və xəstəliyə qarşı daha güclü immun cavab formalaşdıra bilər. Tədqiqatın həmmüəllifi, doktorant İsabel Elliott qeyd edib ki, antikorların sərtliyi onların immun hüceyrələrindəki molekulları daha effektiv şəkildə bir araya gətirməsinə imkan verir. Bu da daha güclü aktivasiya siqnalı yaradır və nəticədə immunitet sistemi daha güclü işləyir. Southampton Universitetindən struktur biologiya üzrə professor İvo Tevs qeyd edib ki, superkompüterlər vasitəsilə antikorların atom səviyyəsində struktur analizi aparılıb və bu, onlara əlavə disulfid bağlarının yerləşdirilməsinə imkan verib. Bu bağlar antikorun iki qolunu daha möhkəm bağlayaraq onun sərtliyini artırır./lent.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow