***
09:42
Aktyor Əlvan Fərmanoğlunun səhhətində ciddi problem yaranıb.
Doktorm.az medecina.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, həkim səhlənkarlığı ucbatından aktyorun ayağı amputasiya edilib:
"Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. "Məlhəm" klinikasının bəzi "həkim"lərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək”.
***
11:36
Məsələ ilə bağlı “Məlhəm” klinikasından Medicina.az –a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Aktyor Əlvan Fərmanoğlu bizim klinikada pasiyent olub. Dəfələrlə müayinə olunub, müalicəsi həyata keçirilib. Onun keçirdiyi əməliyyat “Məlhəm” klinikasında olunmayıb”.