Ağciyər xərçənginə qarşı peyvənd bu ölkələrdə başladı - Minlərlə insan xilas olacaq

Aug 23, 2024 - 08:35
 0
Ağciyər xərçənginə qarşı peyvənd bu ölkələrdə başladı - Minlərlə insan xilas olacaq

Dünyanın ilk ağiyər xərçəngi peyvəndi xəstələr üzərində sınaqdan keçirilməyə başlanıb.

Doktorm.Az publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər bu peyvəndin minlərlə insanın həyatını xilas etmək potensialını "təməlqoyma" kimi xarakterizə edirlər.

"BNT116" kimi tanınan və "BioNTech" tərəfindən istehsal olunan bu peyvənd kiçik hüceyrəli olmayan ağciyər xərçəngini (KHDAK) müalicə etmək üçün nəzərdə tutulub.

Sınaq Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyə də daxil olmaqla yeddi ölkədəki 34 tədqiqat mərkəzində başlanıb.

Bu üsul kimyaterapiyadan fərqli olaraq sağlam hüceyrələrə zərər vermədən insanın immun reaksiyasını gücləndirməyi hədəfləyir.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow