Ağ şampinyon kişilərdə bu xərçəngin qənimidir?

Jan 29, 2025 - 09:52
 0
Ağ şampinyon kişilərdə bu xərçəngin qənimidir?
Ağ şampinyon kişilərdə bu xərçəngin qənimidir?
Ağ şampinonlar prostat xərçənginin müalicəsində kömək edir
Doktorm.az xəbər verir ki, alimlərin siçanlar üzərində apardığı araşdırma ağ göbələklərdə olan kimyəvi maddələrin prostat xərçənginin inkişafını ləngidə bildiyini sübut edib.
"Kişi cinsi hormonunun bir növü olan androgenlər, prostat hüceyrələrində protein olan androgen reseptoruna bağlanaraq və onu aktivləşdirərək, prostat xərçəngi hüceyrələrinin böyüməsinə səbəb olur” – deyə tədqiqatçı Xiaoqiang Vanq deyib.
Layihənin əsas tədqiqatçısı, Hope City-nin alimi Şiuan Çen, daha əvvəl təkrarlanan prostat xərçəngi olan xəstələrdə ağ göbələk tozunu tətbiq etməklə klinik sınaqlar aparıb, Bu göbələklərin qanda prostata xas antigenin (PSA) səviyyəsini minimuma endirdiyini göstərib.
Tədqiqatçılar göbələk ekstraktının androgenlərə həssas prostat xərçəngi hüceyrələrinə təsirini araşdırıblar. Onlar həmçinin ekstraktın insan prostat vəzi şişləri ilə implantasiya edilmiş siçanlara təsirini tədqiq edərək, daha etibarlı tədqiqat modeli yaradıblar.
Tədqiqatçılar müəyyən ediblər ki, ağ göbələk ekstraktı prostat xərçəngi hüceyrələrində androgen reseptorlarının fəaliyyətini azaldır. Onlar həmçinin altı gün ərzində ağ göbələk ekstraktı verilən siçanların prostat şişinin böyüməsini əhəmiyyətli dərəcədə saxladığını və PSA səviyyələrini aşağı saldığını aşkar edib./medicina.az

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow