Versa sirop qiyməti və istifadə qaydası necədir?

Versa sirop - Osteoporoz zamanı, raxit zamanı, kalsium defisitli xəstəliklər zamanı, vitamin və mineral çatışmamazlığı zamanı, qidalanma pozğunluğu zamanı istifadə olunan preparatdır.

Oct 30, 2024 - 16:50
 0
Versa sirop qiyməti və istifadə qaydası necədir?
Versa sirop

Versa sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Versa sirop qiyməti

Versa qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Versa sirop qiyməti 28 azn - 31 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Versa şərbət qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.


VERSA
Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

Tərkibi

Aktiv komponentlar
Calcium citrate (Calcium 95 mq)                                400 mq
Magnesium hydroxide (Magnesium 100 mq)             103 mq
Monocalcium Phosphate (Phosphorus 50 mq)          123.22 mq
Vitamin D3 (Cholecalciferol)                                       200 IU

Köməkçi maddələr: deionizə olunmuş su (deionized water), kalium sorbate (potassium sorbate), sukraloza (sucralose), qliserin (glycerin), portağal aromatı (orange flavor).

İstifadəsinə göstərişlər

VERSA Kalsium və Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ-dir.

Əks göstərişlər

Tərkibindəki hər hansı bir komponentinə qarşı həssaslıq

İstifadə qaydası və dozası

Daxilə qəbul üçün.
4-14 yaş 10 ml gündə 1 dəfə
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 2 dəfə.
Digər hallarda həkim məsləhəti ilə tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Əlavə təsirləri

Qeyd olunmayıb.

Xəbərdarlıq

BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Buraxılış forması

VERSA 150 ml daxilə qəbul üçün məhlul, flakonda.
Bir flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, quru yerdə saxlamaq lazımdır. Uşaqların əli çatmadığı yerdə saxlayın.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı:

Natural Pharma Koz.Pazarlama İç ve dış Tic. Ltd. Şti. Murat dede mah.208 sok. No:7/A MERKEZEFENDİ/DENİZLİ/TÜRKİYE

Versa sirop nə üçündür?

  1. Osteoporoz zamanı istifadə olunan dərmanlar
  2. Raxit zamanı istifadə olunan dərmanlar
  3. Kalsium defisitli xəstəliklər
  4. Vitamin və mineral çatışmamazlığı
  5. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow