Uninos sprey istifadə qaydası necədir?

Uninos sprey - Qrip zamanı, rinit, sinusit zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Nov 15, 2024 - 13:53
 0
Uninos sprey istifadə qaydası necədir?
Uninos sprey

Uninos sprey haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Uninos sprey qiyməti

Uninos qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Uninos sprey qiyməti 19 azn - 22 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Uninos burun spreyi qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

30 ml məhlulun tərkibi:

Dəniz duzu suyu (aqua mare sales)......... 2,1%

Qliserin (glycerinum) ..................................2%

Natrium benzoat (natrii benzoas) ............0,6%

 

Farmakoloji xüsusiyyətləri:

UNİNOS 2,1%-li hipertonik dəniz duzu suyu orqanizmin mayesinə yaxın tərkibə malikdir. Hipertonik dəniz suyunun tərkibi faydalı mikroelementlər ilə zəngindir: yod, kalium, maqnezium, natrium, kalsium, manqan, fosfor, dəmir, nikel, mis, oksigen, azot, neon və s.

2.1%-li hipertonik dəniz duzu məhlulunun absorbsiyaedici təsiri var. Hüceyrələrdən və damarlardan mayeni çıxarır. Beləliklə burunun selikli qişasının ödemini aradan qaldırır. Yerli qan dövranını gücləndirərək, burunun selikli qişasının funksiyalarını bərpa edir.

Natrium benzoat antiseptik, antibakterial, antifunqal təsir edir. Maya göbələyinə qarşı xüsusi həssaslığı var. Mikrob hüceyrəsinin ferment aktivliyini azaldır.

Qliserin burunun selikli qişasını nəmləndirir, yumşaldır, burun mənfəzində toplanmış möhtəviyyatın xaric olmasını stimulə edir.

UNİNOS 2,1%-li hipertonik dəniz duzu məhlulu, qliserin və natrium benzoat tərkibli ideal seçilmiş kombinasiya əsasında hazırlanmış burun spreyidir:

- burun mukozasını (selikli qişasını) nəmləndirir.

- burun keçəcəklərini təmizləyir, ödemini azaldır, nəfəsalmanı asanlaşdırır.

- qıcıqlanma və burun dekongestanları, burun kortikosteroidlərindən asılılıq halında burun mukozasının bərpasını təmin edir.

- quru burun simptomunun qarşısını alır.

- əməliyyatdan sonra burun mənfəzini sanasiya edir.

- burun boşluğunun iltihabını azaldır.

- əks təsir riski olmadan uzun müddət təhlükəsiz istifadə edilə bilər.

 

Göstərişlər:

  • Kəskin və xroniki sinusitlər (frontit, haymorit) zamanı.
  • Müxtəlif mənşəli rinit (infeksion, atrofik, infeksion-allergik).
  • Vazomator rinitin ağırlaşması zamanı.
  • Burun adenoidlərinin hipertrofiyası və orta qulağın infeksion-iltihabi xəstəliklərində
  • KRVİ və yevstaxit zamanı (burun boşluğunun keçiriciliyini yaxşılaşdırmaq məqsədi ilə).
  • Burundan seliyin xaric olunması və tənəffüsün bərpa olunması.

 

İstifadə qaydası və dozalanma:

Uşaqlara hər burun dəliyinə 1 püskürtmə gündə 2-3 dəfə.

Böyüklər hər burun dəliyinə 2 püskürtmə gündə 2-3 dəfə.

Əks göstərişlər: 

Tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq.

Buraxılış forması: 

30 ml sprey.

İstehsalçı: 

ENSA, Türkiyə.

Uninos sprey nə üçündür?

  1. Qrip zamanı istifadə olunan dərmanlar
  2. Rinit, sinusit zamanı istifadə olunan dərmanlar
  3. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow