Robsen rabeprazol haqqında məlumat

Robsen - Qastrit zamanı, ezofagit zamanı, mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan preparatdır.

Oct 1, 2024 - 08:10
 0
Robsen rabeprazol haqqında məlumat
Robsen

Robsen haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Robsen qiyməti

Robsen qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Robsen qiyməti 13 azn - 15 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Robsen qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

TƏRKİBİ: 

RABEPRAZOL – 20 mq

FARMKOLOJİ QRUPU:  Proton nasosunun inhibitoru.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Farmakodinamikası: Rabeprazol H+K +ATF –azanı spesifik olaraq inaktivləşdirməklə xlorid turşusunun sekresiyasının qarşısını alır. Rabeprazol proton nasosunun inhibitoru kimi xarakterizə olunur. O, xlorid turşusunun sintezinin son mərhələsini dəf edir. Rabeprazol 20 mq dozada qəbul edildikdə bütün gün ərzində xlorid turşusunun sintezini sürətlə ingibə edir.
Farmakokinetikası: Xlorid turşusu Rabeprazola təsir göstərdiyindən preparat bağırsaqda həll olan mikroqranullar şəklində qəbul edilir. Daxilə qəbul edildikdən sonra o, sürətlə sorulur və plazmada max konsentrasiyası 1-2 saatdan sonra qeyd olunur. Qida ilə birlikdə qəbul edildikdə preparatın biomənimsənilməsi aşağı düşür. Plazma zülalları ilə 97% birləşir. Preparatın metabolizmi əsasən qaraciyərdə gedir. Yarım atılma dövrü 1,5 saatdır. Əksər hissəsi orqanizmdən ödlə , 15-30% -i metabolitlər şəklində sidiklə xaric olur.

GÖSTƏRİŞLƏRİ:

  • Mədə- 12 barmaq bağırsağın xorası
  • Erroziv və xoralı ezofaqit və reflyuks ezofagit
  • Qastroezofagial-reflyuks xəstəliyi
  • Qeyri-xoralı dispepsiya
  • Xroniki qastrit
  • Peptik və stres xoraları
  • Zollinger – Ellison sindromu
  • pilori-nin erradikasiyası (antibakterial müalicə ilə birlikdə)
  • QSİƏP-ın uzun müddətli qəbulu ilə əlaqadar yaranan qastropatiyalar
  • Xronik pankreatit kəskinləşmə fazasında

ƏKS-GÖSTƏRİŞLƏR: 

Hamiləlik və laktasiya dövrü, rabeprozol komponentinə qarşı həssaslığın artması, kəskin böyrək çatışmazlığı, kreatin klirensi 30 ml/dəq

ƏLAVƏ TƏSİRİ:

Diareya, iştahanın azalması, ürəkbulanma, qarında ağrı , MBT –də kandidoz, qaraciyər fermentlərinin yüksəlməsi

İSTİFADƏ QAYDASI:

Preparat  səhərlər  acqarına yeməkdən  15- 20 dəq əvvəl  qəbul olunur.
12 barmaq bağırsağın xora xəstəliyində : 20 mq  gündə 1 dəfə  ( 4 həftə)
Mədənin xora xəstəliyində : 20 -60 mq gündə 1 dəfə ( 4- 8 həftə)
Qeyri xoralı dispepsiya: 20 mq  gündə 1 dəfə ( 2-4 həftə)
Eroziv- xoralı ezofagit : 20 -60 mq gündə 1 dəfə ( 4 – 8 həftə)

BURAXILIŞ FORMASI: 

28 tablet içlik vərəqə ilə birlikdə karton qutuya  qablaşdırılır.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: 

WISE PHARMA” Böyük Britaniya

İSTEHSAL EDİLİR:

“ Laboratorios LİCONSA, S.A” İspaniya.

Robsen nə üçündür?

  1. Qastrit zamanı istifadə olunan dərmanlar
  2. Mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan dərmanlar
  3. Ezofagit zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow