Restomix (Restomiks) sirop qiyməti və istifadə qaydası necədir?
Restomix (Restomiks) sirop - Sinir oyanıqlığında, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Restomix haqqında məlumat
Restomix qiyməti
Restomix sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Restomix qiyməti 28 azn - 31 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Restomiks qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Ürəkvari cökə çiçəyi (Tilia cordata flower)--------------------------250 mq
- Aptek çobanyastığı çiçəkləri (Matricaria chamomilla flowers) ---250 mq
- İstiotlu nanə yarpaqları (Mentha piperita leaf ) ----------------------200 mq
- Vitamin B6 ------------------------------------------------------------------2 mq
- Vitamin B5 -----------------------------------------------------------------10 mq
Farmokoloji xüsusiyyəti:
Restomix kombinəolunmuş sedativ, sakitləşdirici, yuxugətirici, spazmolitik, neyrotrop preparatdır.
Ürəkvari cökə çiçəklərinin - sakitləşdirici təsiri, xüsusi benzodiazepin reseptorları ilə qarşılıqlı əlaqəsi və nəticədə mərkəzi inhibe proseslərində iştirak edən əsas neyrotransmitter GABA aktivliyinin artması ilə əlaqədardır.
Aptek çobanyastığı çiçəyi – tərkibində xrizin var ki, sinir sisteminin sakitliyi üçün faydalıdır. Çobanyastığı narahatlıqda, həyacan və qorxuda, isterik vəziyyətlərdə, yuxu pozuntusunda köməkçi vasitə olaraq geniş istifadə olunur.
İstiotlu nanə yarpaqları – sinirlərin sakitləşdirilməsində, stressə davamlılığın artmasında, mədə bağırsaq traktının spazmlarında istifadə olunan bioloji aktiv maddədir.
B6 vitamini (piridoksin) - koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadaləsinin tənzimlənməsini həyata keçirir. Mədə-bağırsaqlardan maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını şərait yaradır.
B5 vitamini (pantoten turşusu) - MSS mediatoru olan asetilxolinin sintezində iştirak edərək, sinir impulslarının ötürülməsini yaxşılaşdırır. B5 vitamin azlığı yorğunluq, depresiya, yuxu pozuntusu, baş ağrısı, hissiyat pozuntusu ilə xarakterizə olunur.
Göstərişlər:
- Yüksək sinir oyanıqlığı
- Həyəcan və qorxu halları
- Yuxusuzluq, hiperaktivlik
- Qastrointestinal spazm, spastik kolit, pilorospazm
- Qıcıqlanmış bağırsaq sindromu
- Kardionevroz, taxikardiya, xroniki yorğunluq
- Fiziki və psixi tükənmə, asteniya
- Əzələ gərginliyi
- Neyrosirkulyator distoniya
İstifadə qaydası və dozası:
Profilaktik məqsəd ilə:
4-14 yaş uşaqlar 2 ml gündə 1 dəfə
14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 1 dəfə tövsiyə olunur. Digər hallarda həkim məsləhəti ilə təyin olunur.
Əks göstərişlər:
tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.
Buraxılış forması:
120 ml şərbət.
İstehsalçı:
Pharmanor İlaç – TÜRKİYƏ.
Restomix nə üçündür?
- Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
- Sinir oyanıqlığında istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






