Nazalnem burun damcısı istifadə qaydası necədir?

Nazalnem burun damcısı - burunun selikli qişasının nəmliyini qoruyur. Rinit, sinusit zamanı istifadə olunan preparatdır.

Sep 6, 2024 - 07:00
Sep 6, 2024 - 07:00
 0
Nazalnem burun damcısı istifadə qaydası necədir?
Nazalnem burun damcısı

Nazalnem haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Nazalnem qiyməti

Nazalnem damcı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Nazalnem qiyməti 21 azn - 24 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Nazalnem damla qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi :

  • Depantenol
  • A vitamini
  • təmiz vazelin
  • parafin yağı
  • BHA

Farmakoloji xüsusiyyətləri:

NAZALNEM burunun selikli qişasının nəmliyini qoruyur. Burunun selikli qişası iqlim şəraitindən , cərrahi müdaxilələrdən , keçirilmiş infeksion xəstəliklərdən , allergiyalardan , istifadə olunan spreylər və dərman preparatlarından quruya bilər.  Burun quruluğu burun boşluğundan keçən havanın nəmlənməsinə, isinməsinə, filtrləmə funksiyasının yerinə yetirməsinə mane olaraq həyat keyfiyyətini aşağı salır. Burun quruluğu burun qanamalarına , qaşınmaya, ağızdan nəfəs almağa və bir çox narahatçılığa yol aça bilər.

Nazalnem nədir?

  • Selikli qişanı burun spreylərinin və ya dərmanların zədələyici təsirindən qoruyur.
  • Selikli qişanı qıcıqlanmadan qoruyur.
  • Burun spreylərində istifadə olunan konservantların toksiki təsirini azaldır.
  • Yaraların sağalmasını sürətləndirir.
  • Selikli qişanı bərpa edir.
  • Burun əməliyyatlarından sonra tamponların tətbiqini asanlaşdırır.
  • Selikli qişanın qurumasının və burun qanamasının qarşısını alır.

İstifadəsinə göstərişləri:

  • Burun və sinus əməliyyatlarından sonra.
  • Burun quruluğunun aradan qaldırılması və qarşısının alınmasında.
  • Rinoplastikadan sonra əmələ gələn burun quruluğunda.
  • Burunun selikli qişası atrofiyaya uğradıqda.
  • Burun qurumasından qaynaqlanan qanaxmalarda.
  • Burun kateterizasiyasından sonra qabıqlanmanın  qarşısının alınmasında istifadə edilə bilər.

İstifadə qaydası:

  • Böyüklər  gündə 2-3 dəfə 2-3 damcı.
  • Uşaqlar  gündə 2-3 dəfə 1-2 damcı.

Hamiləlik və laktasiya:

Hamiləlik və laktasiya dövründə NAZALNEM-in istifadəsi mümkündür.

Əks göstərişlər:

NAZALNEM-in komponentlərinə qarşı fərdi həssaslıq.

Buraxılış forması: 

flakon 30ml.

İstehsalçı: 

Abfen Farma, Türkiyə

Azərbaycan rəsmi distribütor: 

HealPro MMC

Nazalnem nə üçündür?

Rinit, sinusit zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow