Kalazink losyon nə üçündür? tərkibi və qiyməti
Kalazink losyon - Dəridə qızartıları aradan qaldırır .Dəri üzərində qoruyucu təbəqə əmələ gətirməklə ətraf mühitin qıcıqlandırıcı təsirindən qoruyur və regenerasiya proseslərini sürətləndirir.

Kalazink losyon haqqında məlumat
Kalazink losyon qiyməti
Kalazink losyon qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Kalazink losyon qiyməti 10 azn - 12 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Kalazink qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Zink Oksid-5%, kalamin-15%
Köməkçi maddələr:
Deionized Water, Monopropylene Glycol, Glycerin, Disodium EDTA, Paraffinum Liquidum, Glyceryl Stearate SE, Cetyl Stearyl Alcohol, Bentonite, Phenoxyethanol (and) Ethylhexylglycerin, Iron Oxide Red Iron Oxide Red, Lactic Acid.
Farmakoloji xüsusiyyatləri:
Kalamin və sink oksidi əsasında hazırlanmış losyondur. Kalamin müxtəlif zədələnmələr və arzuolunmaz kosmetik təsirlər zamanı dərini bərpa etmək üçün unikal xüsusiyyətlərə malik nadir mineraldır. Calamine Losyonunun aktiv komponentləri quruducu, bərpaedici və sakitləşdirici xüsusiyyətlərə malikdir.
Dəridə qızartıları aradan qaldırır .Dəri üzərində qoruyucu təbəqə əmələ gətirməklə ətraf mühitin qıcıqlandırıcı təsirindən qoruyur və regenerasiya proseslərini sürətləndirir. Losyon dərini ləkələmir və istifadə zaman yanma hissi yaratmır.
İstifadəsinə göstərişlər:
- Su çiçəyi səpgiləri (nöqtəvari səpgilərin üzərinə tətbiq olunaraq quruducu effekt göstərir)
- Dəridə qızartı və qaşınma (sakitləşdirici təsir göstərir)
- Yüngül və orta dərəcəli yanıqlar (məişət və günəş yanıqları)
- Həşarat dişləmələri
- Akne səpgiləri (sızanaqlar)
- Ekzema
- Sədəf
- Dermatit
İstifadə qaydası:
Flakon çalxalanır. Pambıqlı çubuq vasitəsilə nöqtəvari səpgilərin üzərinə çəkilir, quruması üçün gözlənilir. Daha böyük sahələrə pambıqla çəkilir. Gündə 1-5 dəfəyə qədər istifadə oluna bilər.
Buraxılış forması:
Losyon, 150 ml
Əks göstərişlər:
Məhsulun hər hansı bir komponentinə qarşı yüksək həssaslıq
Qeyd:
Yaş məhdudiyyəti yoxdur,tərkibində spirt yoxdur.Göz ətrafına tətbiq etmək olmaz
Yalnız xaricə istifadə olunur.
İstehsalçı:
Türkiyə, Unirex Healthcare
Azərbaycanda rəsmi distribütor:
Healpro MMC
Kalazink losyon nə üçündür?
- Yanıq zamanı istifadə olunan vasitələr
- Sızanaqlar əleyhinə vasitələr
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






