Euroksim (Euroxim) istifadə qaydası necədir?
Euroksim (Euroxim) - Bakterial xəstəliklər zamanı, böyrək və sidik yollarının iltihabında, aşağı tənəffüs yollarının digər xəstəliklərində, yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Euroksim haqqında məlumat
- Euroksim qiyməti
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Euroksim nə üçündür?
Euroksim qiyməti
Euroksim toz qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Euroksim qiyməti 11 azn - 13 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Euroxim qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
EUROKSİM Pediatrik 100 mq/5 ml daxilə qəbul edilən (oral) suspenziya hazırlamaq üçün toz
EUROKSIM Pediatric
Tərkibi
Təsiredici maddə: 5 ml (1 qaşıq) suspenziyanın tərkibində 111,92 mq sefiksim trihidrat
(100mq sefiksimǝ ekvivalent) vardır.
Köməkçi maddələr: saxaroza, ksantan kitrəsi, natrium benzoat, moruq ətirvericisi, kolloidal silisium dioksid.
Təsviri
Ağ rəngli, moruq qoxulu tozdur.
Farmakoterapevtik qrupu
Sefalosporin antibiotiki.
ATC kodu: J01DD08.
Farmakoloji xüsusiyyətləri
EUROKSİM-in tərkibində sefiksim adlanan dərman maddəsi vardır. O, sefalosporin antibiotikləri qrupu-na aiddir.
EUROKSİM həssas bakteriyaların törətdiyi bəzi infeksiyaların müalicəsi üçün istifadə olunur.
İstifadəsinə göstərişlər
EUROKSİM aşağıdakı infeksiyaların müalicəsi üçün istifadə olunur:
- Streptococcus pyogenes tərəfindən törədilən faringit, tonzillit (boğazın və badamcıqların ilti-habı).
- Penisillinə həssas Streptococcus pneumoniae, Haemophilus influenzae, Moraxella catarrhalis və Streptococcus pyogenes tərəfindən törədilən kəskin orta otit (orta qulağın iltihabı).
- Streptococcus pneumoniae, Haemophilus influenzae, Moraxella catarrhalis mikroorqanizmlərin penisillinə həssas ştammları tərəfindən törədilən sinusit (sinusların (ciblərin) iltihabı).
- Aşağı tənəffüs yollarında penisillinə həssas Streptococcus pneumoniae, Moraxella catarrhalis və Haemophilus influenzae tərəfindən törədilən kəskin bronxit (ağciyərlərdə hava daşıyıcı bronxların iltihabı).
- Sidik yollarında Escherichia coli, Proteus mirabilis və Klebsiella species tərəfindən törədilən kəskin fəsadlaşmış sistit və uretrit (sidik kisəsinin və sidikçıxarıcı yolların aşağı şöbələrinin iltihabı).
EUROKSİM beta-laktamaza fermentlərinin (bakteriyalar tərəfindən hasil edilən və antibiotikləri parçalayan fermentlər) təsirinə qarşı yüksək stabilliyə malikdir.
Əks göstərişlər
Əgər Sizin uşağınızın sefiksimə, digər sefalosporinlərə və ya penisillin qrupu antibiotiklərinə və ya EUROKSİM-in digər komponentlərindən hər hansı birinə qarşı allergiyası (yüksək həssaslıq) varsa. Allergik reaksiyanın əlamətlərinə aşağıdakılar aiddir: səpgi, udmanın və tənəffüsün çətinləşməsi, dodaqlarda, üzdə, boğazda və dildə şişkinliyin (ödem) yaranması. Əgər yuxarıda qeyd edilənlər Sizin uşağınızda baş verərsə, bu dərmanı uşağınıza verməyin. Əgər əmin deyilsinizsə, EUROKSİM -i uşağınıza verməzdən əvvəl uşağınızın həkimi ilə və ya əczaçı ilə məsləhətləşin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda ehtiyatlı olmaq lazımdır:
- əgər uşağınızda əvvəllər kolit (yoğun bağırsağın iltihabı) olmuşdursa;
- Əgər uşağınızda böyrək çatışmazlığı varsa;
- əgər uşağınızın yaşı altı aylıqdan aşağıdırsa.
EUROKSİM-in bazi komponentləri barədə mühüm məlumat Hər 5 ml EUROKSİM -in tərkibində 2510,2 mq saxaroza vardır. Əgər həkiminiz Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlüyün olduğunu demişdirsə, bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Sizin uşağınız aşağıda sadalanan dərmanlardan qəbul edirsə, lütfən, bu barədə həkiminizə məlumat verin:
- Karbamazepin (epilepsiyalı pasiyentlərdə istifadə olunan dərman); EUROKSİM qanda bu dərmanın səviyyəsini yüksəldir.
- Probenesid (xronik podaqranın müalicəsi üçün istifadə olunur); EUROKSİM qanda bu dərmanın səviyyəsini yüksəldir.
- Varfarin kimi antikoaqulyantlar (qanı durulaşdırmağa kömək edir).
Əgər Sizin uşağınız reseptsiz buraxılan dərman preparatları da daxil olmaqla hər hansı digər dərman preparatı istifadə edirsə və ya yaxın zamanlarda istifadə etmişdirsə, lütfən, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Bu dərman forması xüsusi olaraq uşaqlar üçün hazırlanmışdır.
Lakin, bu dərmanı böyüklər kimi qəbul edirsinizsə, hamilə qalmağı planlaşdırdığınız halda bu dərman qəbul etməzdən əvvəl həkiminizlə danışmalısınız.
Əgər müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Laktasiya dövrü
Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
EUROKSİM döş südündə aşkar edilməmişdir, lakin, klinik tədqiqatların qənaətbəxş nəticəsi alınmayana qədər ana südü ilə qidalandırmanın və ya EUROKSİM -lə müalicəni dayandırılması barədə qərar qəbul etmək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Sefiksimin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə birbaşa arzuolunmaz təsirinə dair məlumat yoxdur.
Lakin, əsas xəstəlik və ya sefiksimin bəzi əlavə effektləri (məsələn, mədə-bağırsaq pozğunluqları) nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.
İstifadə qaydası və dozası
EUROKSIM gündə bir dəfə daxilə qəbul edilir. Ümumi gündəlik dozanı iki bərabər hissəyə bölərək qəbul etmək tövsiyə olunur.
EUROKSIM -in adi dozası aşağıdakı kimidir:
Böyüklər, yaşlılar, 10 yaşdan böyük və ya bədən kütləsi 50 kq-dan yuxarı olan uşaqlar
İnfeksiyadan asılı olaraq, gündə 10-20 ml (2-4 qaşıq) 5-10 yaşlı uşaqlar
Gündə 10 ml (2 qaşıq) 1-4 yaşlı uşaqlar Gündə 5 ml (1 qaşıq) 6 aylıq və 1 yaşlı uşaqlar Gündə 3,75 ml (3/4 qaşıq) Müxtəlif yaş qruplari
Uşaqlarda istifadəsi
6 aylıq və ondan böyük uşaqlarda istifadə edilə bilər.
Yaşlılarda istifadəsi
EUROKSİM 400 mq örtüklü tabletlər yaşlılarda istifadə edilə bilər.
İstifadə etdikdən sonra flakonu kip bağlayın.
5 ml hazır suspenziyanın (1 ölçü qaşığı) tərkibində 100 mq sefiksim vardır.
Hazır suspenziya 25°C-dən aşağı otaq temperaturunda 14 gün müddətində saxlana bilər. Bu şərait-də və müddət ərzində preparat effektivliyini saxlayır. 14 gündən sonra flakonda qalan suspenziya istifadə edilə bilməz. Soyuducuya qoymaq olmaz. Əgər Sizə elə gəlirsə ki, EUROKSİM-in təsiri həddindən artıq güclüdür və ya həddindən artıq zəifdir, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əlavə təsirləri
Bütün dərmanlarla olduğu kimi, EUROKSİM suspenziyanın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslığı olan pasiyentlərdə preparatdan istifadə zamanı əlavə təsirlər meydana çıxa bilər.
Əgər aşağıdakılardan hər hansı biri baş verərsə, EUROKSİM-in qəbulunu dayandırın və DƏRHAL bu barədə həkiminizə məlumat verin və ya yaxınlıqdakı Xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. Çox nadir hallarda (EUROKSİM qəbul edən 10 000 pasiyentdən 1-dən azında baş verə bilər) həyat üçün təhlükəli şoka səbəb ola bilən (məsələn, üzün ödemi, dilin ödemi, daxili tənəffüs yollarının tənəffüs yollarının keçiriciliyini məhdudlaşdıran ödemi, ürəkdöyünmənin sürətlənməsi, tənəffüsün çətinləşməsi, arterial təzyiqin hətta şoka səbəb ola biləcək aşağı düşməsi) yüksək həssaslıq reaksiyaları baş verə bilər. Multiformalı eritema (adətən, üzdə, əllərdə və ayaqlarda krujevayabənzər qızartı ilə xarakterizə olunan keçici yüksək həssaslıq reaksiyaları), Stivens-Conson sindromu (dəridə və göz ətrafında güclü qabarlarla, ödemlərlə və səpgi ilə xarakterizə olunan iltihab) və toksik epidermal nekroliz (dəridə böyük qabarlarla müşayiət olunan ağır dəri reaksiyası) də nadir hallarda müşahidə edilmişdir.
Bunlar çox ciddi əlavə təsirlərdir. Əgər bunlardan hər hansı Sizdə varsa, bu, o deməkdir ki, Sizdə EUROKSİM -ə qarşı güclü allergiya vardır.
Sizin təcili tibbi yardıma və ya xəstəxanaya yerləşdirilməyə ehtiyacınız ola bilər.
Bu ciddi əlavə təsirlər çox nadir hallarda meydana çıxa bilər. Çox nadir hallarda meydana çıxan digər əlavə təsirlər
Doza həddinin aşılması
Əgər qəbul etməli olduğunuzdan artıq EUROKSİM qəbul etmisinizsə, həkiminizə və ya əczaçıya müraciət edin.
Buraxılış forması
50 ml və ya 100 ml suspenziya hazırlamaq üçün quru toz, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Quru tozu 25°C-dən aşağı otaq temperaturunda saxlamaq lazımdır. Hazır suspenziyanı 25°C-dən aşağı otaq temperaturunda saxlamaq və 14 gün müddətində istifadə etmək lazımdır.
Hər hansı dərman preparatını çirkab sularının və ya məişət tullantılarının içərisinə atmayın. Artıq istifadə edilməyən dərman preparatının hara atılmalı olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
DEVA Holding A.Ş.
Çerkezköy Organize Sanayi Bölgesi, Karaağac Mah., Atatürk Cad., No:32, Kapaklı, Tekirdağ, Turkey.
Marketinq icazəsinin sahibi
DEVA Holding A.Ş.
Küçükçekmece - ISTANBUL/TURKEY.
Tel.: 0212 692 92 92.
Faks: 0212 697 00 24.
Euroksim nə üçündür?
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar
- Bakterial xəstəliklər əleyhinə dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






