D Nova tablet istifadə qaydası necədir?

D Nova tablet - Kalsium defisitli xəstəliklər zamanı, yumşaq toxumaların zədələnməsi zamanı, osteoporoz zamanı, vitamin və mineral çatışmamazlığı zamanı, dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırıcı preparatdır.

Nov 24, 2024 - 16:53
 0
D Nova tablet istifadə qaydası necədir?
D Nova tablet

D Nova tablet haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

D Nova tablet qiyməti

D Nova qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə D Nova tablet qiyməti 26 azn - 29 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan D Nova dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

(Hər 1 tabletdə):
Kalsium karbonat (kalsium-400mg).....1000 mg
Maqnezium ...............................................60 mg
Sink sulfat (Sink-5 mg)..............................13.73 mg
D3 vitamin...................................................5 mkg (400BV)

Xüsusiyyətləri:

D NOVA orqanizmdə(sümüklərdə, dişlərdə, dırnaqlarda, saçlarda, əzələlərdə) kalsium mübadiləsini tənzimləyən kompleks preparat olub, farmakoloji təsiri tərkibindəki komponentlərin xüsusiyyətləri ilə izah olunur.
KALSİUM orqanizmdə sümük toxumasının qurulmasında, sümüklərin və dişlərin mineralizasiyasında, sinir impulslarının ötürülməsində, sinir sistemi, əzələ sistemi, dayaq-hərəkət sistemi, hüceyrə membranı və kapilyar keçiriciliyi üçün əsas element hesab olunur. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümük və dişlərin payına düşür, digər 1% isə qan laxtalanması, sinir sisteminin bərpası və ürək döyüntülərinin tənzimlənməsini həyata keçirir.
MAQNEZİUM kalsiumun endogen metabolizmində iştirak edir, böyrəklərdə kalsiumun reabsorbsiyasını artırır və kalsium mənşəli böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
SİNK həyatı vacib mikroelementlərdən biri hesab olunur. Sümüklərin formalaşmasında, sümük toxumasının normal inkişaf proseslərində vacib rol oynayır. Sink D vitamininin təsirini gücləndirir və kalsiumun yüksək mənilsənilməsinə səbəb olur. səbəb olur. Sink defisiti osteoporozun inkişafına və boy artmanın dayanmasına səbəb olur. DNT, RNT və zülal sintezində katalizator olan 200-dən çox fermentin tərkibinə daxil olduğu üçün normal boy artımını və inkişafı sürətləndirir, zülal və amin turşu sintezində rol oynayır, sərbəst radikalların yaranmasının qarşısını alır. Zədələnmiş sinir toxuma strukturunun bərpa olunmasını təmin edir.
VİTAMİN D3 kalsiumun bağırsaqdan sorulmasında, həm də orqanizmdə toplanmasına kömək edir. Orqanizmin sərt toxumaları tərəfindən kalsiumun mənilsənilməsini təmin edir. Həmçinin osteoblastlarda DNT sintezini sürətləndirməklə sümük hüceyrələrinin miqdarını artırır. D3 vitamininin aktiv transport fəaliyyəti nəticəsində kalsiumun nazik bağırsağın proksimal hissəsində sürətli sorulması təmin olunur.

GÖSTƏRİŞLƏRİ:

1.Kalsium və D3 vitamininin çatışmazlığının bərpası məqsədi ilə.
2.Hamiləliyin planlaşdırılması, hamiləlik və laktasiya dövrü
3.Yeniyetmələrdə intensiv inkişaf dövrü
4.Postmenopauzal və yaşlanma ilə əlaqədar osteoporozların müalicə və profilaktikası məqsədi ilə
5.Sümük sınıqlarının müalicəsini sürətləndirmək məqsədilə
6.Dializ xəstələrində hipokalsemiyanın qarşısını almaq məqsədilə

İSTİFADƏ QAYDASI:

Böyüklərdə : Osteoporozun prafilaktikası üçün 1 tabletdən gündə 1-2 dəfə, müalicəvi məqsədi ilə isə 1 tabletdən gündə 2-3 dəfə təyin edilir.
Kalsium və D vitamininin defisitinin bərpası məqsədi ilə: 12 yaşdan yuxarı uşaqlarda və böyüklərdə gündə 2 tablet, 2-6 yaş arası uşaqlarda 1-2 tablet gündə 1 dəfə.
Digər hallarda dozalanma həkim məsləhəti ilə dəyişdirilə bilər.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Hiperkalsinemiya, hiperkalsiuriya,nefrolitiaz, D3 vitaminin hipervitaminozu, preparatın tərkibindəki hər hansı komponentə qarşı hiper həssaslıq.

BURAXILIŞ FORMASI:

D NOVA tablet №30

İSTEHSALÇI:

Smart pharma Sağlık Ürünləri San. və Tic. Ltd Şti. Küçükçekmece-İstanbul, Türkiyə

D Nova tablet nə üçündür?

  1. Osteoporoz zamanı istifadə olunan dərmanlar
  2. Yumşaq toxumaların zədələnməsi
  3. Kalsium defisitli xəstəliklər
  4. Vitamin və mineral çatışmamazlığı
  5. Dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırıcı dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow