D Nova sirop qiyməti və istifadə qaydası necədir?

D Nova sirop-nın tərkibindəki kalsium ən asan mənimsənilən və ən təhlükəsiz formada - sitrat formasındadır.

Nov 23, 2024 - 19:07
 0
D Nova sirop qiyməti və istifadə qaydası necədir?
D Nova sirop

D Nova sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

D Nova sirop qiyməti

D Nova sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan D Nova qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Hər 10 ml-də:
Kalsium sitrat - 400 mq
Maqnezium hidroksid - 120 mq
Sink sulfat –6 mq
Vitamin D3 (xolekalsiferol) –3 mkq

Xüsusiyyətləri:

D NOVA-nın tərkibindəki kalsium ən asan mənimsənilən və ən təhlükəsiz formada - sitrat formasındadır.Kalsium orqanizmdə sümük toxumasının qurulmasında, sümüklərin və dişlərin mineralizasiyasında, sinir impulslarının ötürülməsində, sinir sistemi, əzələ sistemi, dayaq –hərəkət sistemi, hüceyrə membranı və kapilyar keçiriciliyi üçün əsas element hesab olunur O, sümüklərin normal böyüməsini və inkişafını təmin edir, diş emalı və dentinin formalaşmasında iştirak edir.
Maqnezium kalsiumun endogen metabolizmində iştirak edir, böyrəklərdə kalsiumun reabsorbsiyasını artırır və kalsium mənşəli böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Sinir sisteminin oyanıqlığını azaldır, ürək əzələsinin fəaliyyətini və qanla təchiz olunmasını normallaşdırır, kalsiumun sümük toxumasına yığılmasını sürətləndirir. Spazmolitik, antiseptik və damargenişləndirici təsirə malikdir. Həyatın ilk illərində maqnezium defisiti vitamin D-nin müalicəsinə tabe olmayan raxitə gətirib çıxarır. Bu hallarda vitamin D-ni maqnezium duzları ilə kompleks müalicədə təyin edirlər.
Sink sümüklərdə regenerasiya proseslərini stimulyasiya edir. Kalsium ilə sinergist təsir göstərərək osteositlərin metabolizmini yaxşılaşdırır. Sink 200-ə qədər fermentin əmələ gəlməsi və normal fəaliyyətində iştirak edir. Gözün torlu qişasında retinolun bərpası prosesində sinkin rolu böyükdür.
Vitamin D3 orqanizmin sərt toxumaları tərəfindən kalsiumun mənimsənilməsini təmin edir. Həmçinin osteoblastlarda DNT sintezini sürətləndirməklə sümük hüceyrələrinin miqdarını artırır. Vitamin D3 kalsiumun bağırsaqdan sorulmasında, həm də orqanizmdə toplanmasına kömək edir. Vitamin D3 həm də fosforun orqanizmdə toplanmasında fəal iştirak edir, həmçinin maqnezium və sinkin sorulmasını artırır.

Göstərişləri:

D Nova sirop nə üçündür?

- Raxit xəstəliyinin müalicə və profilaktikası
- Spazmofiliya
- Hipoparatireoz
- Osteoatrofiya,osteoporozun profilaktikası
- Uşaqların intensiv böyümə zamanı
- Fiziki və əqli gərginliklər zamanı
- Sınıqların tez sağalması məqsədilə
- Kalsium və D vitamininin sorulmasının azalması (malabsorbsiya sindromu, enteropatiyalar, pankreatit)
- Fenobarbital, antibiotiklər, diuretiklərin uzunmüddətli qəbulu zamanı
-Hamiləlik və laktasiya dövründə profilaktik məqsədlə.

Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı allergik reaksiyalar, hiperkalsiemiya, hipervitaminoz D

Dozalanma və qəbul qaydası:

Preparat yeməkdən əvvəl qəbul olunur.
1 -7 yaş–5 ml gündə 2 dəfə
7-12 yaş –10 ml gündə 2 dəfə
12 yaşdan yuxarı –15 ml gündə 3 dəfə
İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.

Buraxılış forması:

D NOVA sirop, 150 ml flakon

İstehsalçı:

“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow