Csinabrol tablet haqqında məlumat

Csinabrol tablet istifadə qaydası, əks göstərişləri, tərkibi, saxlanma müddəti və s. haqqında məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz.

Oct 9, 2024 - 17:12
 0
Csinabrol tablet haqqında məlumat
Csinabrol

Csinabrol haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Csinabrol qiyməti

Csinabrol qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Csinabrol tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

TƏRKİBİ:

Təsiredici maddə:1 tabletin tərkibində 5 mq levosetirizin dihidroxlorid vardır.

FARMAOTERAPEVTİK QRUPU:

H1 reseptorların ingibitoru.

FARMAKODİNAMİKASI:

Levosetirizin setirizinin enantotiomeri  olub histaminə rəqabət zəminində antoqonistləri qrupuna aiddir. H 1 reseptorları blokada edir. H1 reseptorlara yaxınlığı levosetrizində  setirizindən 2 dəfə artıqdır.Levosetirizin allergik  reaksiyaların histamindən aslı fazasına təsir edir. Həmçinin eozinofillərin miqrasiyasını, damar keçiriciliyini azaldır,iltihab mediatorlarının azad olmasını məhdudlaşdırır. Allergik reaksiyaların əmələ gəlməsinin qarşısını alaraq onların gedişini yüngülləşdirir;antieksudativ, qaşınma əleyhinə təsirlərə malikdir.Praktiki olaraq antixolenergik, antiserotonin təsir göstərmir. Müalicəvi dozalarda yuxu gətirici təsir göstərmir.

FARMAKOKİNETİKASI: 

Sorulması:Daxilə qəbuldan preparat MBT-dan tez sorulur,qida qəbulu tam sorulmasına təsir etməsədə sürətin azaldır. Böyüklərdə müalicəvi dozanın(5mq) qəbulundan sonra preparatın qan plazmasında maksimal konsentrasiyası ( Cmax ) 0.9 saatdan sonra qeyd olunur və 270nq/ml təşkil edir,5mq dozanın təkrar qəbulundan sonra isə 308nmq/ml təşkil edir. Konsentarsiyasiyanın sabit səviyyəsi isə 2 gündən sonra  qeyd  olunur.
Paylanması: Qan plazmasının zülalları ilə 90% biləşir.Paylanma həcmi (Vd)0.4l/kq təşkil edir.
Biomənimsənilməsi: 100%

Metobolizmi: Az miqdarda(<14%)N-və O-dealkilləşdirici yolla qeyri aktiv metobolitin əmələ gəlməsi ilə qaraciyərdə metobolizmə uğrayır(başqa H1 antaqonistlərindən  fərqli  olaraq). Metobolizmin aşağı səviyyəsinə görə və metabolik potensialın olmadığı üçün levosetirizinin digər dərman vasitələri  ilə qarşılıqlı təsiri  cüzidir.
Xaricolması: Böyüklərdə T1/2 7.9 +_1.9 saat təşkil edir. Uşaqlarda  T1/2 qısadır. Böyüklərdə ümumi kliriens 0.63ml/dəq/kq təşkil edir.Təxminən 85.4 % dəyişilməmiş şəkildə  yumaqcıq filtrasiyası və kanalcıq sekresiyası vasitəsi  ilə xaric olunur. Təxminən 12.9%-i isə bağırsaqlarla xaric olunur. Böyrək funksiyasının pozğunluğu olan xəstələrdə(KK 40ml/dəq-dən aşağı) preparatın klierinsi  azalır, T1/2 uzanır, doza  korreksiyası tələb olunur.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Csinabrol nə üçündür?

Allergik rinit,allergik konyuktivit,pollinoz,övrə,idiopatik övrə,Kvinke ödemi, allergik dermatozlar.

ƏKS GÖSTƏRİŞLƏR:

Böyrək  catışmazliğının terminal mərhələsi, 2 yaşa qədər uşaqlar, hamiləlik, piperazin törəmələrinə qarşı hiperhəssaslıq.

EHTİYYAT TƏDBİRLƏRİ:

Xroniki böyrək çatmamazlığında dozalanma rejiminin korreksiyası tələb olunur. Yaşlı xəstələr(yumaqcıq filtrasiyası aşağı enə bilər).

Nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə təsiri: 

Nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə tövsiyyə olunan 5mq dozada istifadəsi zamanı hər hansı bir  xoşagəlməz əlamət aşkar olunmayıb ,lakin buna baxmayaraq yuksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensiyal təhlkəli fəaliyyət növlərindən qaçmaq məsləhət görülür.

DİGƏR DƏRMAN VASİTƏLƏRİLƏ QARŞILIQ TƏSİRİ

Levosetirizin digər dərman vasitələri ilə qarşılıqlı təsiri tədqiq olunmayıb.Teofilin ilə birgə istifadəsi zamanı ümumi kliriensi 16% azaldır (teofilinin kinetikası dəyişmir). Bir sıra  hallarda alkaqol və MSS-nə tormozlayıcı təsir edən dərman preparatları ilə birgə istifadəsi zamanı onların təsiri güclənə bilər.

QƏBUL QAYDASI VƏ DOZALANMASI:

Daxilə az miqdarda su ilə çeynənilmədən qəbul edilir.
Böyüklər və 6  yaşdan yuxarı uşaqlar sutkaliq 5 mq, 2-6 yaşlı uşaqlar gündə 2 dəfə ¼  tabletka.
Böyrək çatışmazlığı olan xəstələrdə:

Böyrək çatişmamazlığı KK(ml/dəq) Dozalanması
Norma >80    5mq /sutka
Yüngül 50-79     5mq /sutka
Orta 30-49 2 gündən bir 1 dəfə 5mq /sutka
Ağır <30 3 gündən bir 1 dəfə 5mq /sutka
Terminal mərhələ (dializdə olan xəstələr) <10 Preparatın qəbulu əks göstərişdir

ƏLAVƏ TƏSİRLƏRİ:

Levosetirizinin çox nadir hallarda əlavə təsirləri müşahidə olunur: ağızda quruluq, taxikardiya, mialgiya, başagrısı, sinir sistemində oyanıqlıq, aqressiya.

DOZA HƏDDİNIN AŞILMASI:

Simptomları böyuklərdə yuxuya meyillilik, uşaqlarda oyanma və həyəcan, sonra  isə yuxuya meyillilik .Tədbirlər: mədənin yuyulması ,aktiv kömürün qəbulu.

BURAXLIŞ FORMASI:

28 tablet, 2 blisterdə içlik vərəqi ilə birlikdə, karton qutuda qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ:

 30ºC  –dən yuxarı olmayan tempraturda, orjinal qutusunda, uşaqların əli çatmayan yerdə saxlanmalı.

APTEKDƏN BURAXILMA ŞƏRTİ

Reseptsiz.

Məhsulun və əmtəə nişanının sahibi:

Ornado Medicine” Office 11, 43 Bedford Street, London,  WC2E 9HA,Böyük Britaniya.

Istehsalçı: 

ARAFARMA GROUP,S.A.
C/Fray Gabriel de San Antonio,6-10 Pol.Ind.del Henares 19180 Marchamalo(Guadalajara)İspaniya.

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow