Butsin damcı haqqında məlumat
Butsin damcı - Sinir oyanıqlığında, şizofreniya zamanı, beyin qan dövranı pozğunluğunda, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Butsin damcı haqqında məlumat
Butsin damcı qiyməti
Butsin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Butsin damcı qiyməti 30 azn - 33 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Butsin damcı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
QAYT (gamma-amino-butric acid)………. 75 mq
D-Calsium Pantotenat …………………….1.5 mq
Qlisin …………………………..…………150 mq
Maqnezium qlukonat …………………...….64 mq
B6 vitamini…………………………………..2 mq
Farmakoloji xüsusiyyətləri:
QAYT - mərkəzi sinir sistemində sinir impulslarının ötürülməsini asanlaşdırır (QAYT reseptorlarına birbaşa təsir). Toxumaların metobolizminin normallaşması və beyin qan dövranına təsiri sayəsində beynin funksional vəziyyətini yaxşılaşdırır. Trankvilizator təsiri aktivləşdirici təsirlə uyğunlaşır. Beynin funksional vəziyətini onun metobolizmini və mikrosilkulyasiyanı yaxşılaşdırır. Nistaqmın latent dövrünü uzadır, sürəkliliyini və ifadəliyini azaldır.Vazovegetativ simptomları azaldır (o cümlədən baş ağrısını, başda ağırlıq hissini, yuxunun pozulmasını, qıcıqlanmanı, emosianal labilliyi). Kurs şəklində qəbul edildikdə fiziki və əqli qabiliyyəti artırır. Sedasiya və oyanıqlıq olmadan asteniyanın əmələ gəlməsini, əhval ruhiyyəni yaxşılaşdırır, maraq və təşəbbüsü, həyacan, gərginlik və narahatçılıq hisslərini azaldır, yuxunu normallaşdırır.
Kalsium pantotenat – koenzim A-nın əsasını təşkil edərək, asetilləşmə, karbohidrat və yağ mübadiləsi, asetilxolin, kortikosteroid, porfirin sintezində iştirak edir, dəri və selikli qişaların regenerasiyasını stimulə edir. Metabolik, neyrotrop təsirlərə malikdir. Kalsium pantotenat neyron toxumasında anabolik keçidləri yaxşılaşdırır, sedativ təsir göstərir, qıcolma ehtimalını azalda bilən bir təsirə malikdir, motor tipli həyəcanlılığa meylini azaldır və ümumi davranışı tarazlıyır. Maddə nəinki, nootrop təsirə malikdir, həmçinin antikonvulsant təsir göstərir. Qəbul edildikdə, beyin hipoksiyaya, həmçinin toksinlərin təsirinə daha davamlı olur. İnsanın həm fiziki, həm də zehni ümumi iş qabiliyyəti xeyli artır. Qaytın MSS keçməsini təmin edir və QAYT ilə kombinasiyada kalsium qopantenatı əvəz edir.
Qlisin - MSS (Mərkəzi sinir sistemi) də tormozlayıcı funksiyaları stimulyasiya edən vacib neyromediatordur.O neyronların qıcıqlandırıcı aminturşularının ayrılmasını ləngidir. QAYT - ın sintezini artırır, metobolizmi tənzimləyir, antidepressant və sakitləşdirici təsir göstərir. Psixoemosional gərginliyi azaldır, əqli iş qabiliyyətini artırır.
Maqnezium - Bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib elementdir.Fizioloji baxımdan maqnezium hüceyrə daxili kationdur. Maqnezium ionları neyronların oyanıqlığını azaldır, sinir-əzələ ötürücülüyünü tənzimləyir.Əzələlərdə ion balansını bərpa edərək, bir sıra reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizimdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaqların motorika pozğunluğu və diareya kimi patalogiyaların əmələ gəlməsinə səbəb olur.
B6 vitamini - maddələr mübadiləsində aktiv iştirak etməklə beyin toxumasında metabolizmi yaxşılaşdırır, sinir sistemində neyromediatorların sintezini stimullaşdırır, əqli və fiziki əmək qabiliyyətini artırır, yaddaşı və əhval-ruhiyyəni yaxşılaşdırır.
İstifadəsinə göstərişlər:
- Yenidoğulmuşların perinatal ensefalopatiyası;
- Serebral iflicin müxtəlif formaları;
- Müxtəlif şiddətdə zehni gerilik, o cümlədən. davranış pozğunluqları ilə;
- Uşaqlarda ümumi zehni gerilik,
- Spesifik nitq pozğunluğu, motor funksiyaları və onların birləşməsi,
- Məktəb bacarıqlarının formalaşması (oxu, yazma, sayma və s.) şəklində psixoloji vəziyyətin pozulması;
- Hiperkinetik pozğunluqlar, o cümlədən. diqqət çatışmazlığı, hiperaktivlik;
- Nevrozabənzər vəziyyətlər (kəkələmə, əsasən klonik forma, tiklər, qeyri-üzvi enkoprez və enurez ilə);
- Beyin damarlarında aterosklerotik dəyişikliklər, qocalıq demansının ilkin formalarında, travmatik, toksik, neyroinfeksiya mənşəli üzvi beyin zədələnmələrində mnestik-intellektual məhsuldarlığın azalması;
- serebral orqanik çatışmazlığı olan şizofreniya (psixotrop dərmanlarla birlikdə);
- Beynin üzvi xəstəliklərində ekstrapiramidal pozğunluqlar (mioklonus epilepsiya, Hentington xoreası, hepatolentikulyar degenerasiya, Parkinson xəstəliyi və başqaları),
- Neyroleptiklərin istifadəsi nəticəsində yaranan ekstrapiramidal sindromun müalicəsi və qarşısının alınması üçün;
- Zehni proseslərin ləngiməsi və antikonvulsantlarla kompleks terapiyada
- Psixo-emosional yüklənmə, zehni və fiziki performansın azalması, konsentrasiyanı və yaddaşı yaxşılaşdırmaq;
- Sidik ifrazının nevrogen pozğunluqları (pollakiuriya, imperativ çağırışlar, imperativ sidik qaçırma).
İstifadə qaydası və dozalanma:
Profilaktik məqsədlə: 4 yaşa qədər həkim məsləhətiylə təyin olunur, 4-14 yaş arası uşaqlara 1 ml (20 damcı) gündə 1 dəfə, 14 yaşdan yuxar uşaqlar və böyüklər 2 ml (40 damcı) gündə 1 dəfə.
Həkim məsləhəti ilə :
4 yaşa qədər 20 damcı gündə 1 dəfə, 4-14 yaş arası uşaqlara 20 damcı gundə 2 dəfə, 14 yaşdan yuxar uşaqlar və böyüklər 40 damcı gündə 2 dəfə.
Əks göstərişlər:
Preparatın hər hansı kompanentinə qarşı hiperhəssaslıq.
Saxlanma qaydası:
Preparat quru, qaranlıq, uşaqlar ücün əlçatmaz olan yerdə, 20 C dərəcə arası şəraitdə saxlanılmalıdır.
Buraxılış forması:
BUTSİN damcı 50 ml.
İstehsalçı:
Grikar İtaliya.
Butsin damcı nə üçündür?
- Sinir oyanıqlığında istifadə olunan dərmanlar
- Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
- Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
- Şizofreniya zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






