Broksol sirop istifadə qaydası necədir?
Broksol sirop - Öskürək zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində, aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Broksol sirop haqqında məlumat
Broksol sirop qiyməti
Broksol 150 ml qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Broksol sirop qiyməti 6 azn - 8 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Broxol qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Aptekdən buraxılış forması:
Reseptlə satılır
Vahidi:
FL
İstehsalçı Ölkə:
TÜRKİYƏ
Tərkibi
Siropun hər 5 ml-də 30 mq ambroksol-hidroxlorid vardır.
Farmakoloji xüsusiyyətləri
Ambroksol mukolitik dərman vasitəsi olub, tənəffüs yollarında olan seliyin özlülüyünü və sıxlığını azaldır. Bu isə öskürək zamanı gərginliyin azalmasına və tənəffüsün asanlaşmasına səbəb olur.
Ambroksol tənəffüs yollarının epitelisini aktivləşdirməklə selik ifrazını yaxşılaşdırır və onun tənəffüs yollarından xaric olmasını sürətləndirir. Bundan əlavə, 2-cili pnevmositlərə təsir edərək surfaktantın sintezini stimullaşdırır. Ambroksolun təsirindən tənəffüs yolları toxumalarının epiteli hüceyrələrinin müdafiə funksiyaları normallaşır. Müəyyən edilmişdir ki, ambroksol ampisillinin, amoksasillinin və eritromisinin sorulmasını sürətləndirir.
Göstərişlər
Tənəffüs yollarının kəskin və xroniki infeksiyalarının, xüsusilə kəskin və xroniki bronxitin, astmatik bronxitin, bronxoektaziyanın, laringitin, sinusitin, faringitin, rinitin kompleks müalicəsi, bronxopulmonal əməliyyatdan sonrakı residivlərin profilaktikası.
Doza və istifadə qaydası
Böyüklərdə: müalicənin birinci 2-3 günü ərzində gündə 3 dəfə, hər dəfə 5-10 ml, sonrakı günlər ərzində gündə 2-3 dəfə 5 ml.
Yaşlıların müalicəsində dozanın azaldılmasına ehtiyac yoxdur.
Buraxılış forması
Broksol sirop 150 ml, şüşə flakonlarda.
1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
İstehsalçı
BİLİM İLAÇ SAN. və TİC. A.Ş.
Broksol sirop nə üçündür?
- Öskürək əleyhinə dərmanlar
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






