Arteazi krem nə üçündür?
Arteazi krem - Travmatik ağrılarda, oynaq və əzələ ağrılarında, artrit zamanı, artroz zamanı istifadə olunan preparatdır.

Arteazi krem haqqında məlumat
Arteazi krem qiyməti
Arteazi qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Arteazi krem qiyməti 16 azn - 18 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Arteasy krem qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Hər bir 50 ml kremin tərkibindəki aktiv maddələr:
Qlükozamin Sulfat 2KCL |
3125 mq |
Xondroitin Sulfat Na |
500 mq |
Kollagen peptid və ya II tip kollagen |
500 mq |
MSM (metilsulfonilmetan) |
500 mq |
Razyana yağı |
65,5 mq |
Evkalipt yağı |
65,5 mq |
Qərənfil yağı |
26,25 mq |
Zəncəfil yağı |
70 mq |
Lavanda yağı |
262,5 mq |
Mentol yağı |
500 mq |
Şirin portağal yağı |
525 mq |
Farmakoloji təsiri:
Qlükozamin sulfat – kimyəvi quruluşuna görə aminoşəkərdir. Oynaq qığırdağı, bağ və vətərlərinin, həmçinin digər birləşdirici toxumaların təbii struktur komponentidir. Oynaq qığırdaq toxuması üçün zəruri olan glükoaminqlikanların əsas tikinti materialıdır.
Xondroitin sulfat - yüksəkmolekullu polisaxariddir. Birləşdirici toxumanın kompressiyasının qarşısını alır, oynaqdaxili mayenin istehsalını, zədələnmiş oynaqların hərəkətliliyini artırır.
Kollagen peptid və ya II tip kollagen - canlı hüceyrələrin ekstrasellülyar matriksində mövcud olan fibroz zülaldır. Tərkibində aminturşular (qlisin, prolin ve hidroksiprolin) vardır, fibroz toxuma yaranmasında önəmli rol oynayır. Qeyd olunur ki, kollagen peptid oynaqlarda elastikliyi və hərəkətliliyi artırır, ağrını azaldır.
MSM (Metilsufonilmetan) – kükürdün təbii mənbəyidir. Oynaq qığırdağı, sümük toxuması formalaşmasında və kollagen sintezində mühüm rol oynayır. MSM maddəsi oynaq, əzələ və vətər ağrılarının azalmasına yardım edir.
Razyana yağı – iltihabəleyhinə, ağrıkəsici xüsusiyyətinə malikdir. Revmatizm xəstəliyinin müalicəsi zamanı yerli istifadəsi faydalıdır.
Evkalipt yağı antiseptik, iltihabəleyhinə təsirə malik güclü fitonsid vasitədir.
Qərənfil yağı - olduqca yüksək miqdarda evgenol maddəsi ilə zəngindır və bu maddə sayəsində yüngül analgetik (ağrı kəsici) xüsusiyyətlərə malikdir.
Zəncəfil yağı – revmatizmdə, oynaq və əzələ ağrılarında, qan dövranının zəif olduğu nahiyələrdə effektiv olduğundan istifadə edilməsi tövsiyə edilir.
Lavanda yağı – lyumbaqo, artrit və miozitlər zamanı yerli ağrıkəsici vasitə kimi istifadə olunur.
Mentol yağı yerli qıcıqlandırıcı və iltihabəleyhinə təsir göstərir, ağrıları aradan qaldırır.
Şirin portağal yağı – antisellülit vasitə kimi istifadə olunur. Karbohidrat və yağ mübadiləsini tənzimləyir, dərini təmizləyir, hüceyrələrin yenilənməsini təmin edir.
Göstərişləri:
- Oynaq, əzələ və boyun ağrıları;
- Oynaq və qığırdaq toxumasının degenerativ-distrofik xəstəlikləri: osteoartroz, osteoxondroz, artrit;
- Lyumbaqo, miozit, fərqli növ revmatik ağrılar;
- Sınıq və travmadan sonra bərpa dövründə.
Dozalanması və istifadə qaydası:
Gərəkli nahiyəyə gündə bir neçə dəfə dairəvi hərəkətlərlə sürtülür.
Buraxılış forması:
Krem 50 ml
İstehsalçı:
VEFA İlac San. ve Tic. Ltd. Şti.
Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.
Arteazi krem nə üçündür?
- Travmatik ağrılarda istifadə olunan dərmanlar
- Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
- Artrit zamanı istifadə olunan dərmanlar
- Artroz zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






