18 yaşlı qız çəngəl uddu

Oct 25, 2024 - 09:11
 0
18 yaşlı qız çəngəl uddu
18 yaşlı qız çəngəl uddu

Türkiyənin Aydın vilayətində gənc qızın udduğu 18 santimetrlik çəngəl əməliyyat ilə çıxarılıb.

Doktorm.az Lent.az-a istinadən xəbər verir ki, Aydında tibb dünyasını heyrətə salan hadisə baş verib.

Belə ki, vilayətdə yaşayan əcnəbi 18 yaşlı gənc qız çəngəli udub. Onu təcili yardımla Aydın Adnan Menderes Universitetinin (ADÜ) Xəstəxanasına gətiriblər.

Burada rentgeni çəkilən xəstənin qida borusunda 18 santimetrlik çəngəl olduğu müəyyən edilib.

Mütəxəssislər endoskopiya edərək çəngəli ağızdan çıxarmağa çalışıblar. Lakin qidaya və nəfəs borusuna zərər vermə ehtimalına görə, mədənin yarılaraq çəngəlin çıxarılması ilə bağlı qərar qəbul olunub.

Həkimlər əməliyyatla mədədəki çəngəli çıxarıblar.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow