13 uşaq sistemdən öldü

Meksikada 3 dövlət xəstəxanası və bir özəl klinikada müalicə alan 14 yaşından kiçik 13 uşaq dünyasını dəyişib.
Doktorm.az publika.az-a istinadla xəbər verir ki, uşaqların ilk dəfə noyabr ayında aşkar edilən "Klebsiella oxytoca" bakteriyasından öldüyü açıqlanıb. Hadisənin səbəbini təsdiqləmək üçün araşdırmalar isə davam edir.
Səhiyyə orqanları tərəfindən bildirilib ki, səhiyyə ocaqlarında 20 "Klebsiella oxytoca" yoluxma şübhəsi var, onlardan 15-i təsdiqlənib, 4-ü şübhəli hal kimi qeydə alınıb. Bakteriya aşkarlanan uşaqların müalicəsinin davam etdirildiyi vurğulanıb.
Qeyd edək ki, Meksika Səhiyyə Nazirliyi epidemiya xəbərdarlığı edib. Bununla yanaşı insanları sistemlərdən uzaq durmağa çağırıb.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






