İfenal normon nə üçündür?

İfenal normon - Dərman haqqında bütün məlumatları saytımıza daxil olaraq əldə edə bilərsiniz.

Mar 23, 2025 - 13:29
Mar 23, 2025 - 13:42
 0
İfenal normon nə üçündür?
İfenal normon

İfenal normon haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

İfenal normon qiyməti

İfenal qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə İfenal normon qiyməti 9 azn - 12 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan İfenal normon 600 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

İbuprofen 600 mq

 

IFENAL - AĞRISIZ QAL!

 

Farmakoloji xüsusiyyətləri:

Preparat qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) aiddir. İfenal ağrıkəsici, iltihabəleyhinə və qızdırma salıcı təsirlərə malikdir. Qeyri-selektiv olaraq S0G1 və SOG2-ni blokada edir. İbuprofenin təsir mexanizmi ağrı, iltihab və hipertermik reaksiyaların mediatorlarının - prostaqlandinlərin sintezini tormozlaması ilə bağlıdır.
 

Farmakokinetikası: 

Absorbsiyası yüksəkdir, plazma zülalları ilə birləşməsi — 90%. Oynaq boşluqlarına tədricən nüfuz edir, sinovial toxumada ləngiyir və orada plazma konsentrasiyasına nisbətən daha yüksək konsentrasiyaları yaranır. Onurğa beyni mayesində plazma ilə müqayisədə ibuprofen daha aşağı konsentrasiyalarda aşkar edilir. Absorbsiyadan sonra farmakoloji qeyri-aktiv R-formanın 60%-ə yaxın hissəsi mədə-bağırsaq traktında və qaraciyərdə aktiv S-formaya çevrilir. Qaraciyərdə metabolizmə məruz qalır.

Plazmada maksimal konsentrasiyanın yaranma vaxtı T max. - 1-2 saat.

Yarımxaricolma dövrü 2 saat.


Böyrəklər vasitəsilə verillmiş dozanın 70-90% və az dərəcədə ödlə (2%-dən az) xaric olur.
 

 

İstifadəsinə göstərişlər:

  • Baş və diş ağrıları
  • Miqren
  • Ağrılı menstruasiya
  • Nevralgiya
  • Bel ağrıları
  • Əzələ ağrıları və revmatik ağrılar
  • Həmçinin qrip və soyuqdəymə xəstəlikləri zamanı qızdırmalı vəziyyətlər
     

 

Əks göstərişlər:

Mədə-bağırsaq traktının eroziv-xoralı zədələnmələri kəskinləşmə fazasında, o cümlədən mədə və 12-barmaq bağırsağın xora xəstəliyi kəskinləşmə fazasında, xorali kolit, peptik xora, Kron xəstəliyi, ürək çatışmazlığı, arterial hipertenziyanın ağır gedişi, ibuprofenə və ya preparatın komponentlərinə qarşı yüksək həssaslıq, asetilsalisil turşusuna qarşı dözümsüzlüyün tam və ya natamam sindromu (rinosinusit, övrə, burnun selikli qişasının polipləri, bronxial astma), görmə sinirinin nevriti; rəngli görmənin pozulması, ambliopiya, scotoma, qlükozo-6-fosfatdehidrogenaza çatışmazlığı, hemofiliya və qanın laxtalanma prosesinin digər pozğunluqları, hemorragik diatezlər, hipokoaqulyasiya vəziyyətləri, hamiləliyin III trimestri, laktasiya dövrü, Qaraciyərin ifadə olunmuş funksional pozğunluqları, aydın ifadə olunmuş böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəq-dən aşağı), eşitmənin zəifləməsi, vestibulyar aparatın patologiyası, aorta-koronar şuntlamanın həyata keçirilməsindən sonrakı dövr, mədə-bağırsaq qanaxmaları və beyindaxili qansızma, hemofiliya və qanın laxtalanma prosesinin digər pozğunluqları, hemorragik diatezlər 6 yaşa qədər uşaqlar.

 

Dozalanma və istifadə qaydası:

Ağrı olan zaman bir həbdən, 2-3 dəfə. Tək və ya yeməklə birlikdə qəbul edilə bilər. Adətən yeməkdən sonra və ya süd ilə qəbul etmək tövsiyə olunur (mədənin zədələnməsinin ehtimalı azalır).

 

İstehsalçı:

Norman Laboratoriyaları S.A., Madrid, , İspaniya

İfenal normon nə üçündür?

  1. Menstrual ağrılar zamanı istifadə olunan dərmanlar
  2. Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
  3. Travmatik ağrılarda istifadə olunan dərmanlar
  4. Baş, diş və qulaq ağrılarında istifadə olunan dərmanlar
  5. Daxili orqanlarda ağrılar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow